Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-530/2022 24.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olundu ki, Şəxs barəsində inzibati protokol tərtib edilərkən İXM-in 100-cü maddəsinin tələblərinə riayət edilməmiş, eləcə də inzibati xəta haqqında protokol İXM-in 103-cü maddəsinin tələblərinə riayət edilmədən məhkəməyə göndərilmişdir. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol dərhal məhkəməyə göndərilməli olduğu halda, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2022-ci il tarixində Mingəçevir Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-in 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati materialdan görünür ki, inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad 20 avqust 2022-ci il tarixdə qəbul edilmiş, inzibati material isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati protokol tərtib edilmiş Şəxs məhkəməyə gətirilməmişdir. Halbuki İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Bundan əlavə İXM-nin 100.3-cü maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verilməsi, əgər verilmişdirsə, protokolun surətinin verilmə vaxtı, tarixi müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mingəçevir Şəhər Polis Şöbəsinə geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-530/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-530/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver