Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-533/2022 24.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Cəbrayıl rayonu, Şıxalıağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri Sağ Sahil yarımçıq mehmanxanada yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1284/2022 saylı 23 iyun 2022-ci il tarixli icra sənədi ilə Şəxs 900 manat pulu və ödənilmiş 72 manat dövlət rüsumunu tələbkar X2 ödəmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1284/2022 saylı 23 iyun 2022-ci il tarixli icra sənədinə əsasən ondan 900 manat pul, həmçinin ödənilmiş 72 manat dövlət rüsumu alınıb tələbkar X2 verilməlidir. Hal hazırda işləmədiyinə və maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb borcunu ödəsin. Sentyabr ayının 15-nə və ondan sonra hər ay 50 manat ödəniş edərək borcunu ödəyəcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında hal hazırda işləmədiyini, maddi imkanı olmadığını və mülkiyyətində hər hansı bir daşınar və ya daşınmaz əmlak olmadığını bildirsə də bununla bağlı araşdırma aparılması ilə əlaqədar hər hansı bir sənəd materiala əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-533/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-533/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver