Məhkəmə qərarları › İş №3(051)-535/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-535/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-535/2022 23.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu Məhkəmə iclas katibi X4 Barəsində inzibati xərta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X13 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X13 İdarəsinin İcazə və Razılaşma Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyənetdim: X13 İdarəsinin İcazə və Razılaşma Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-cu il tarixli, MN ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Əmirova X3 şəhər Nizami küçəsində yerləşən “Büllur” Lazer Epilyasiya mərkəzinin fasadınd icazə müqaviləsi olmadan digər fasad reklamlarının yayanını həyata keçirir. Nəticədə Şəxs barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən tərtib olunmuş ******* №li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 16 avqust 2022-ci il tarixdə Mingəçevir şəhər Nizami küçəsində yerləşən «Büllur» X6 baxış keçirilərkən açıq məkanda icazə müqaviləsi olmadan digər fasad reklamlarının yayımını həyata keçirilməsi aşkar olunmuşdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Barəsində inzibati xərta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izhatında göstərdi ki, hazırkı müddətə qədər o, hər zaman reklam agentliyinə pulu şəxsən əlbə əl vermişdir. Onlarda ona heç vaxt ödəməni təsdiq edən çek verməmişlər. Sonra bir neçə adamlada maraqlanmış onlarda reklam agentliyi ilə müqavilə bağlamadıqlarını və ödəniş etmədiklərini bildirdilər. Ona görə də o, müqaviləni uzatmadı. Bundan əvvəlki müqaviləni də onun qardaşı ilə bağlayıblar. Onlar özləri həmişə qanunu pozublar. Ona görə də onun barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş edir. X13 İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında götərdi ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılannın yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində və tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanının icrasım təmin etmək məqsədi ilə 2022-ci ilin iyun ayında X13 İdarəsinin əməkdaşları Mingəçevir şəhərində növbəti xidməti reyddə olan zaman, Mingəçevir şəhəri Nizami küçəsində yerləşən və X7ma məxsus olan «Billur lazer» epilyasiya mərkəzinin Qarşısında açıq məkanda 8 m2 həcmdə icazəsiz reklam qurğularının yerləşdirilməsi faktını aşkar etmişlər. Əməkdaşlarımız reklam qurğusunun yayımlanmasına görə icazə sənədinin alınmasının zəruriliyini mağazanın rəhbərliyinin nəzər diqqətinə çatdırsalar da, sonuncu tərəfindən qanunun tələbinə məhəl qoyulmamış, müvafiq sənədin alınmasından imtina edilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək həmin protokol baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Əmirova X3 şəhəri, Nizami küçəsində yerləşən mağazasının qarşısında açıq məkanda 8 m2 həcmdə icazəsiz reklam qurğularını vurarkən X13 İdarəsindən icazə almalı olduğu halda, bunu etməmiş, əməkdaşlarımız reklam qurğusunun yayımlanmasına görə icazə sənədinin alınmasının zəruriliyini çatdırsalar da, o, qanunun tələbinə qəsdən tabe olmamış, müvafiq sənədin alınmasından imtina etmişdir. Sadalanan xüsusatların məcmusuna diqqət yetirdikdə məlum olur ki, Şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Beləliklə, Şəxs hüquqazidd əməli 16 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edildiyi gün başa çatmışdır. Bəzi hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər “mən reklam qurğusunu artıq sökmüşəm, heç nə yoxdur, və ya nən protokol tərtib edildikdən sonra icazə sənədini almışam, artıq əlimdə qanuni sənədim var” deyərək, məhkəmənin seyrini dəyişmək istəyi nümayiş etdirirlər. Lakin bu halda onlar bir faktı unudurlar. Belə ki, məhkəmə artıq başa çatmış bir əmələ hüquqi qiymət verir. Yuxarıda qeyd etditim kimi - konkret halda Şəxs hüquqazidd əməli 16 avqust 2022-ci il tarixdə - inzibati xəta haqqında protokol tərtib edildiyi gün başa çatmışdır. Odur ki, məhkəmədən işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - Şəxs barəsində başa çatmış inzibati əmələ hüquqi qiymətin verilməsi məqsədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1 -ci maddəsinin sanksiya hissəsində nəzərdə tutulmuş müvafiq inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X8 Regional İdarəsinin əməkdaşları tərəfindən mövcud qanunvericiliyin pozuntularına dair akt tərtib edilmiş, aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb olunmuşdur. Lakin Şəxs X13 İdarəsi tərəfindən tələb olunan normalara əməl etməmiş, qeyd olunan nöqsanları aradan qaldırmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin, onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin tərkibi var. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərinin daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin mənasına müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdırən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin tərkibi var və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar