Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-536/2022 06.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 05 avqust 2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 1285000.00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 16 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürmüşdür. Lakin 2 il müddət keçməsinə baxmayaraq 1285000.00 Rusiya rubl məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Şəxs MMC barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCyə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İnzibati materiala əlavə olunmuş 14 iyul 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 1285000.00 (bir milyon iki yüz səksən beş min) rubl "xxxx" ASC-nin Mingəçevir filialından kənara, Rusiyaya köçürülmüşdür. İnzibati materiala "xxxx" ASC tərəfindən Şəxs MMC-yə xx.xx.2020-ci il tarixdə kənara köçürülmüş 1285000.00 rublun və ya dəyəri qabaqcadan ödənilmiş malların idxal edilməməsi barədə xx.xx.2022ci il tarixli bildirişi əlavə olunmuşdur. İşə əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 22 iyul 2022-ci il tarixli məktubda göstərilir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə xaricə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini banka təqdim etməmiş və kənara köçürülmüş 1285000.00 Rusiya rublu geri qaytarılmamışdır. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə valyuta vəsaitin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirimi faizindən otuz faizədək məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşə əlavə edilmiş sübutlara qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC 1285000.00 (bir milyon iki yüz səksən beş min) rublun 20 (iyirmi) faizi məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən 1285000.00 (bir milyon iki yüz səksən beş min) rublun 20 (iyirmi) faizi, yəni 257.000 (iki yüz əlli yeddi min) rubl məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-536/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-536/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver