Məhkəmə qərarları › İş №3(051)-538/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-538/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-538/2021 29.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş "xxxx" ASC-nin sədri X11 nümayəndəsi X7, qərarından şikayət verilmiş X12 Xidməti Mingəçevir Regional Ərazi şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, "xxxx" ASC-nin sədri X11 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mingəçevir Regional Ərazi, şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li 11.11.2020-ci il tarixli qərarından şikayətə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i m: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mingəçevir Regional Ərazi şöbəsinin 11.11.2020-ci il tarixli MN ******* №li inzibati xəta haqqında qərarı ilə "xxxx" ASC-nin sədri Əliyev Valeh Əjdər oğlu Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati qərar qəbul edilmiş X15 DƏMX-nin Mingəçevir Regional Ərazi Şöbəsinin həmin qərarından şikayət verərək qərarın ləğv olunmasını, inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, "xxxx" ASC barəsində DƏMX-nin Mingəçevir Regional Ərazi Şöbəsinin rəis vəzifəsini icra edən X2 MN ******* №li 04.11.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında MN ******* №li 11.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, "xxxx" ASC-də 02.02.2015-ci il tarixdə işçi X8 və 30.12.2015-ci ildə işçi X9 əmək müqaviləsinə xitam verilərkən əmək və məzuniyyət haqqı üzrə son haqq-hesabın ödənilməsində qanun pozuntusuna yol verilmişdir, nəticədə "xxxx" ASC-nin sədri X15 tərəfindən İXM-nin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlər həqiqəti əks etdirmir. İlk öncə qeyd edir ki, "xxxx" ASC heç bir inzibati xəta törətməmiş, barəsində əsassız olaraq İXM-nin 192.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Tərtib edilmiş MN ******* №li 04.11.2020-ci il tarixli inzibati xəta haqqında protokolla razı deyildir. Onu da qeyd edir ki, DƏMX tərəfindən barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada tərtib edilmiş protokol onların iştirak olmadan tərtib edilmişdir. Həmin protokol əsasında barəsində inzibati xəta haqqında işə baxılması barədə məlumatları olmamışdır. Bundan əlavə qeyd edir ki, hazır ki, iş üzrə məsuliyyətə cəlbetmə müddəti də keçmişdir ki, bu əsasla da inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 (üç) ay keçənədək verilə bilər. İnzibati protokola görə "xxxx" ASC-də 02.02.2015-ci il tarixdə işçi X3 və 30.12.2015-ci il tarixdə işçi X9 əmək müqaviləsinə xitam verilərkən onlara əmək və məzuniyyət haqqı üzrə son haqq-hesab ödənilməmişdir. Bununla da müvafiq olaraq 02.02.2015-ci il və 30.12.2015-ci il tarixləri inzibati xətanın törədildiyi gün hesab olunur. Həmin gündən 3 ay müddətində inzibati tənbeh tədbiri görülə bilər və inzibati xəta haqqında qərar qəbul edilə bilərdi. Lakin inzibati məsuliyyətə cəlbetmə müddəti ötürüldüyündən barəsində inzibati tənbeh tədbiri görülə bilməzdi. DƏMX qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə 11.11.2020-ci il tarixdə qərar qəbul etmişdir. Ona görə də DƏMX-nin Mingəçevir regional ərazi şöbəsinin rəisinin MN ******* №li 11.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi X7 məhkəmə iclasında eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını, DƏMX-nin ******* №li 11.11.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Y.Abdullayev, həmçinin izahatında bildirdi ki, qeyd edilən işçilərlə əmək müqaviləsinə xitam verilərkən onlara son haqq-hesab hesablanmış, əmək məzuniyyətinə çıxarkən məzuniyyət haqları ödənilmişdir. Ancaq ödənişsiz məzuniyyətə buraxıldıqları vaxt məzuniyyət haqqı ödənilməmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mingəçevir Regional Ərazi, şöbəsinin nümayəndəsi Camalzadə Camal lətif oğlu məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməyərək izahatında bildirdi ki, vətəndaş X8 şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC-dən məzuniyyət haqqını və son haqq-hesabı ala bilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-də qaynaqçı işləmiş, X8 Əmək Məcəlləsinin 68-di maddəsinin 2-ci bəndinə əsasən öz ərizəsi ilə 02.02.2015-ci ildə işdən azad olunmuşdur. E.Məmmədova əmək qanunvericiliyinin tələblərinə uğun olaraq son haqq-hesab, ödənişsiz məzuniyyətə görə məzuniyyət haqqı ödənilməmişdir. Elşən Məhərrəmov 2020-ci avqust aynda şikayət ərizəsi ilə müraciət etmişdir. İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Bundan əlavə İXM-nin 38.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hesab edir ki, qeyd edilən inzibati xəta uzanan inzibati xətalara aiddir, ona görə də məsuliyyətə cəlbetmə müddəti keçməmişdir. Həmçinin, onu da bildirir ki, inzibati protokol tərtib edilən zaman, eləcə də inzibati xəta haqqında işə baxılarkən "xxxx" ASC-nin sədrinə bildiriş göndərilmiş, lakin "xxxx" ASC-nin sədri və ya nümayəndəsi DƏMX Mingəçevir regional Ərazi şöbəsinə gəlməmişdir. Şikayət əsassız olduğuna görə təmin olunmamasını xahiş edir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət təmin olunmalıdır. İşə əlavə edilmiş "xxxx" ASC-nin İH-nin sədrinin 18/k №li 02.02.2015-ci il tarixli əmrindən çıxarışda göstərilir ki, Q A.Y.S-nin elektrik qaynaqçısı X16 oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən 02.02.2015-ci il tarixdən öz xahişi ilə işdən azad edilsin. İşə əlavə edilmiş "xxxx" ASC üzrə fevral 2015-ci il tarixli aylıq hesabatından görünür ki, elektrik qaynaqçısı X5 48.40 manat son haqq-hesab hesablanmışdır. İşə əlavə olunmuş "xxxx" ASC-nin sədrinin 158/k 01.09.2014-cü il tarixli əmrində göstərilir ki, qaynaq sexinin elektrik qaynaqçısı Məhərrəmov Elşən Yaqub oğlu 06.08.2014-cü il tarixdən 01.02.2015-ci il tarixədək pulu ödənilməyən məzuniyyət göndərilsin. İş materiallarından göründüyü kimi Elşən Məhərrəmov 02.02.2015-ci il tarixdə öz xahişi ilə işdən edilmiş, 2015-ci ilin fevral ayında ona 48.40 manat son haqq hesab hesablanmışdır, lakin o, məlum olmayan səbəbdən pulu götürməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146.1-ci maddəsinin 1-ci bəndinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Lakin "xxxx" ASC –nin sədrinin 158/k №li 01.09.2014-cü il tarixli əmrindən görünür ki, E. Məhərrəmov beş ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin İH-nin sədri X13 işçi X6 beş ay müddətinə ödənişsiz məzuniyyətə buraxmaqla Əmək Məcəlləsində işçinin məzuniyyəti hüququnun tənzimlənməsi qaydasını müəyyən edən 146-cı maddəsinin 1 –ci bəndinin tələblərini pozmuşdur. Məhkəmə, həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X15 tərəfindən işçinin əmək haqqının hesablanmasında və ödənilməsinə yol verdiyi qanun pozuntusu konkret müəyyən olunmadığından onun əməlində İXM-nin məhz 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur. İşçinin məzuniyyət hüququnun pozulmasına görə inzibati məsuliyyət isə İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmək üçün müəyyən olunmuş müddətlər əks olunmuşdur ki, bu müddətlərdən ən uzun müddət 1 illik müddətdir. Həmçinin, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallardan görünür ki, Elşən Məhərrəmov 01.09.2014-cü il tarixli əmrlə 5 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. 02.02.2015-ci il tarixli əmrlə işdən azad olunmuşdur. 19.08.2020-ci il tarixli şikayət ərizəsi ilə müraciət edərək məzuniyyət pulunun verilmədiyini, həmin pulun ona verilməsinə kömək göstərilməsini bildirmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, inzibati xəta hqdisəsi 2014-cü ildə baş vermişdir. X15 isə hadisədən 6 il sonra, yəni 2020-ci ilin noyabr ayında inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə qeyd edilənləri yekunlaşdıraraq belə nəticəyə gəlir ki, DƏMX-nin Mingəçevir Regional Ərazi Şöbəsinin rəisinin qərarı ilə müəyyən edilmiş inzibati xəta hadisəsi 2014-cü il tarixdə baş vermişdir və həmin müddətdən 6 ildən artıq müddət keçmişdir. İXM-in 38.5-ci maddəsinə əsasən hətta qaçıb gizlənmiş şəxsə münasibətdə də qanun inzibati xətanın törədildiyi gündən 1 il keçdiyi təqdirdə, şəxsin inzibati məsuliyyətə cəlb olunmasının yolverilməzliyini müəyyən etmişdir. Avropa İnsan hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and v.Belgium, &146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X11 inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdiyi üçün onun inzibati məsuliyyətə cəlb olunması və inzibati qaydada tənbeh edilməsi İXM-nin 38-ci maddəsinin tələblərinə ziddir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, DƏMX-nin Mingəçevir Regional Ərazi şöbəsinin rəisinin "xxxx" ASC-nin İH-nin sədri X11 İXM-nin 194.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 11.11.2020-ci il tarixli, 0343502№li qərarı ilə ləğv olunmalı, İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.3-cü maddələrində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 48-50, 53,112, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldım: "xxxx" ASC-nin İH-nin sədri X11 şikayəti təmin edilsin. X12 Xidmətinin Mingəçevir Regional Ərazi şöbəsinin rəisinin "xxxx" ASC-nin İH-nin sədri X11 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə MN 343502 №li 11.11.2020-ci il tarixli qərarı ləğv olunsun. İnzibati xəta haqqında işin icraatına İXM-nin 53.0.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar