Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-538/2025 05.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin polis baş leytenantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə xx.xx.1965-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna görə Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində şəhərin Nəsimi küçəsində bələdiyyə işçilərinə maneəçilik törətmiş, həmin vaxt ona yaxınlaşan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər Polis X5 Bölməsinin sahə rəisi, polis baş leytenantı X11 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində oğlu X12 ilə birlikdə şəhərin Nəsimi küçəsində bələdiyyə işçilərinə maneəçilik törətmiş, həmin vaxt ona yaxınlaşan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X12 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində şəhərin Nəsimi küçəsində bələdiyyə işçiləri onların tikdiyi yeri sökəcəklərini bildirdikdə onlara etirazını bildirmiş, daha sonra polis əməkdaşlarının ona xəsarət yetirərək şəhər polis şöbəsinə apardığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində şəhərin Nəsimi küçəsində olan zaman bələdiyyə işçilərinə qarşı nalayiq ifadələr işlətməmiş, sadəcə etirazını bildirmiş, eləcə də oraya yaxınlaşan polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Şəxs xəsarət alması görünür, özünün bildirməsinə görə döyülmüşdür. Odur ki, vəsatət verərək, polis şöbəsindən Təhlükəsiz Şəhər kameralarının və inzibati binanın giriş və daxili hissəsində olan kameralarının götürülməsini, Şəxs döyülməsi ilə bağlı prokurorluğa araşdırılma aparılması üçün təqdimat verilməsini xahiş etmişdir. Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X10 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində şəhərin Nəsimi küçəsində Mingəçevir Bələdiyyəsinin işçiləri qanunsuz zəbtetmə ilə bağlıorda olan zaman Şəxs səs-küy salaraq, bələdiyyə işçilərinin fəaliyyətinə maneəçilik törətmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Mingəçevir Şəhər Polis X17 Xidmətinin polis nəfəri, polis serjantı X15 verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində şəhərin Nəsimi küçəsində bələdiyyə işçiləri qanunsuz zəbt ilə bağlı polis əməkdaşlarını dəvət etmiş, orada olan zaman Şəxs ona yaxınlaşan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxsə yaxınlaşaraq nizam-intizamlı olması tələb edilmiş, şəxs barəsində aidiyyəti üzrə tədbir görülməsi üçün polis şöbəsinə dəvət edilmiş, lakin həmin şəxs aqressiv hərəkətlər göstərmiş, polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Mingəçevir Şəhər Polis X17 Xidmətinin polis nəfəri, polis serjantı Rəşad Əhmədov da digər şahid Xəlil Rzayev ilə eyni məzmunlu ifadə verərək, onun dediklərini təsdiq etmişdir. İşdə olan sübutlar: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, inzibati xəta törətməkdə təqsirli bilinən Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:15-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Məmmədov X9 ŞPŞ-yə gətirilən zaman sağ gözünün alt səthində səthi cızıq xəsarətlərinin olması aşkarlanmış, xəsarəti necə alması soruşulan zaman izahat verməkdən və ilkin tibbi yardım çağırılmasından imtina etmişdir. xx.xx.2025-ci il tarixli izahat və digər zəruri sənədləri imzalamaqdan imtina barədə protokoldan görünür ki, Şəxs izahat verməkdən, protokollara və digər sənədlərə imza atmaqdan imtina etmişdir. X2 Şəhər Polis Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 922 №li məktubdan görünür ki, X1 yerləşən Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid 1,3 ha torpaq sahəsini özbaşına hasara almış, xx.xx.2025-ci il tarixdə nümayəndələrlə birlikdə ünvanda olan zaman nalayiq ifadələrlə təhqir etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir.
510. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə cəlb olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında 23 mart 2004-cü il tarixli Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun qərarı
2. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhkəmənin mövqeyi: Tərəflərin izahatı, işdə olan sənədlər və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı və ictimai təhlükəsizliyi pozaraq ucadan səs-küy salmış və öz qanunsuz əməllərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Beləliklə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasının həddi daxilində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:15-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər
Hakim Güləndam Quliyeva