Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-539/2021 13.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində qərar çıxarılmış: X15 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: baş məsləhətçi-baş əmək müfəttişi X1 iştirakı ilə X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin 03 iyun 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X19 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin 03 iyun 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X19 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin 03 iyun 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, "xxxx" ASC barəsində DƏMX-nin Mingəçevir Regional Ərazi Şöbəsinin rəis vəzifəsini icra edən X8 MN ******* "saylı, 26.05.2021 -ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Sözügedən protokol əsasında MN ******* saylı, 03.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, guya “işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına görə "xxxx" ASC-nin İH-nin sədri X19 tərəfindən AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir”. Halbuki, göstərilənlərdən heç biri həqiqəti əks etdirmir. İlk öncə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti heç bir inzibati xəta törətməmiş, barəsində əsassız olaraq AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Tərtib edilmiş MN ******* saylı, 26.05.2021-ci iltarixli inzibati xəta haqqında protokolla razı deyildir. Həmçinin onu da qeyd edir ki, DƏMX tərəfindən barələrində AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada tərtib edilmiş protokol onların iştirakı olmadan tərtib edilmişdir. Protokolu imzalanmamışdır. Bununla belə, DƏMX tərəfindən AR İXM-nin 192.4-cü maddəsi səhv olaraq tətbiq edilmişdir. Belə ki, həmin normadan görünür ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə cəriməni nəzərdə tutur. DƏMX-nin istinad etdiyi xəta isə məhz normadan “istisna olunan” hissəsinə daxildir (Protokolda deyilir ki, "xxxx" ASC-də 09.12.2020-ci il tarixdə işçilər, o cümlədən X6 qrup halında qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxılmış və əmək müqaviləsinə xitam verilərkən əmək haqqı üzrə son haqq-hesab tam ödənilməmişdir). Bundan əlavə, qeyd edir ki, hazırkı iş üzrə məsuliyyətə cəlbetmə müddəti də keçmişdir və bu əsasla da inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokola əsasən, guya "xxxx" ASC-də 09.12.2020-ci il tarixdə işçilər, o cümlədən X6 qrup halında qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxılmış və əmək müqaviləsinə xitam verilərkən əmək haqqı üzrə son haqq-hesab tam ödənilməmişdir. Bununla da, 09.12.2020-ci il tarixli inzibati xətanın törədildiyi gün hesab olunur. Həmin gündən hesablanaraq 3 ay müddətində yəni, 09.03.2021-ci ilədək inzibati tenbeh haqqında tədbir görülə bilərdi və inzibati xəta haqqında qərar qəbul edilə bilərdi. Lakin həmin inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən onun barəsində inzibati tənbeh haqqında tədbir görülə bilməzdi. Yəni 09.03.2021-ci ildən sonra onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. DƏMX isə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə 03.06.2021-ci il tarixdə qərar qəbul etmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin 03 iyun 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X19 şikayətin dəlillərini müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin 03 iyun 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin nümayəndəsi baş məsləhətçi-baş əmək müfəttişi X3 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, vətəndaş X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə ünvanladığı müraciətə Mingəçevir regional ərazi şöbəsində baxılmışdır. X11 müraciətində və X16 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə verdiyi 28.04.2021-ci il tarixli izahatında ilk dəfə 13.11.2003-cü il tarixdə olmaqla müxtəlif tarixlərdə "xxxx" ASC-də elektrik qaynaqçısı vəzifəsində işlədiyi və işlədiyi dövrlərdə ona əmək məzuniyyətlərinin eyni zamanda, əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab olaraq istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul əvəzinin verilmədiyi bildirilmişdir. Həmçinin, izahatda Allahverdi Cəfərovun sözügedən müəssisədə son əmək fəaliyyəti dövründə hər hansı bir rəsmi əmr və ya məlumatla tanış edilmədən sex rəisinin şifahi göstərişi əsasında 05.12.2020-ci il tarixdən işə çıxmadığı və işə başlamaq istədikdə isə onun işə buraxılmadığı bildirilmişdir. Allahverdi Cəfərov izahatında bu vəziyyətdən çıxış yolu olaraq 19.04.2021-ci iltarixdə poçt vasitəsi ilə işəgötürənə əmək müqaviləsinə xitam verilməsi barədə yazılı ərizə ilə müraciət etdiyini və müəssisənin 27.04.2021-ci il tarixli MM-7-12/033 nömrəli məktubu ilə ödənişsiz məzuniyyətdə olması səbəbindən onun əmək müqaviləsinə xitam verilmədiyi cavabını aldığını bildirmişdir "xxxx" ASC tərəfindən 20 may 2021-ci il tarixli MM-7-12/46 nömrəli məktubla qoşma halında təqdim edilən sənədlərdən məlum oldu ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinin tələbləri pozularaq müəssisədə istehsalın azaldılması və satış üzrə müqavilələrin olmaması səbəbinə görə işçilər o cümlədən, Allahverdi Cəfərov 07 dekabr 2020-ci il tarixli 153/K nömrəli əmrlə 09.12.2021-ci il tarixdən qeyri-müəyyən müddətdə ödənişsiz məzuniyyətə buraxılmışdır. Bununla da, işçinin hansı tarixdə işə başlayacağı və işəgötürənin qanunazidd mülahizəsinə görə Allahverdi Cəfərovun əmək müqaviləsinə xitam verilməsinin mümkün olacağı tarixi müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsində müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi, Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarla təsbit edilmişdir. işin normal ahəngini pozan amillər- təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilər. Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Lakin, yuxarıda qeyd edildiyi kimi X17 və əmrdə adları qeyd edilmiş digər işçilər altı aydan artıq müddətdir ki, ödənişsiz məzuniyyətdə hesab olunurlar. X12 ödənişsiz məzuniyyətin verilməsi barədə işəgötürənə yazılı ərizə ilə müraciət etməmişdir və əgər etmiş olsa idi, yenə də, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin tələbləri pozulmuş hesab olunardı. Çünki, həmin maddənin 2-ci hissəsinin tələblərinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu halda isə işəgötürən tərəfindən X17 və digərlərinə qanunazidd olaraq qeyri-müəyyən müddətdə ödənişsiz məzuniyyət verilmişdir. "xxxx" ASC -də əmək hüquqlarının pozulması barədə digər işçilərin də o cümlədən, vətəndaş X9 müraciətləri tərəfimizdən baxılmış və işəgötürən tərəfindən təkrarən qanunun tələbləri pozularaq müəssisədə istehsalın azaldılması və satış üzrə müqavilələrin olmaması səbəbinə görə işçilər 28 noyabr 2020-ci il tarixli 148/K nömrəli əmrlə 30.11.2021-ci il tarixdən qeyri - müəyyən müddətdə ödənişsiz məzuniyyətə buraxılmışdır. "xxxx" ASC-nin yuxarıda qeyd edilmiş həmin məktubunda Allahverdi Cəfərov 08.01.2007-ci il tarixdən 01.10.2009-cu il tarixədək və 07.07.2010-cu il tarixdən 08.02.2016-cı il tarixədək olan dövürlərdə cəmiyyətdə elektrik qaynaqçısı peşəsində işlədiyi və hazırda da, onun 19.03.2018-ci il tarixli əmək müqaviləsi ilə həmin peşə üzrə işdə hesab olunduğu bildirilmişdir. Araşdırma zamanı sənədlərə baxışdan məlum oldu ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq Allahverdi Cəfərova istifadə etmədiyi 07.07.2010-cu il tarixdən 07.07.2011 -ci il tarixədək, 07.07.2014-cü il tarixdən 07.07.2015-ci il tarixədək və 19.03.2019-cu il tarixdən 19.03.2020-ci il tarixədək olan iş illəri üçün əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya verilməmiş və əmək müqavilənizə xitam verilərkən bu Məcəllənin 144-cü maddəsinə əsasən işdən çıxdığı 01.10.2009-cu il tarixədək istifadə etmədiyi ( 8 ay 22 gün) əsas məzuniyyətə görə 15,28 gün və 08.02.2016-cı il tarixədək istifadə etmədiyi (1 il 7 ay 1 gün) əsas məzuniyyətə görə isə 33,34 gün hesabı ilə pul əvəzi ödənilməmişdir. Lakin X17un müraciətində, Mingəçevir regional ərazi şöbəsinə verdiyi izahatında "xxxx" ASC-də işlədiyi dövr ərzində ümumiyyətlə əmək məzuniyyətindən istifadə etmədiyini və bununla bağlı ona hər hansı bir kompensasiyanın ödənilmədiyini bildirmişdir. Allahverdi Cəfərov araşdırma zamanı müəssisənin təqdim etdiyi sənədlərlə tanış edilərkən, müəssisənin ona məzuniyyət haqqı ödəməsi barədə təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığını bildirmişdir. Nəzərə alsaq ki, işçilərə əmək haqqı Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında qanuna zidd olaraq nəqd şəkildə ödəniş cədvəlləri ilə verilir, belə olan halda, müəssisənin ödəniş sənədlərinin mötəbərliyi şübhə doğura bilər. Eyni zamanda, Allahverdi Cəfərov şifahi olaraq müəssisə tərəfindən ona, yalnız əmək haqqı borcunun olmamasıni yazılı şəkildə etiraf etdiyi halda əmək müqaviləsinə xitam verilcəyi təklifinin edildiyini bildirmişdir. Beləliklə, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X19 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinin ( bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək) tələbləri pozularaq işçi X2 əmək müqaviləsinə xitam verilərkən əmək haqqı üzrə son haqq-hesab olaraq işdən çıxdığı 01.10.2009-cu il və 08.02.2016-cı il tarixlərinədək istifadə etmədiyi əsas məzuniyyətlərə görə pul əvəzi ödənilməməklə və işçilərə o cümlədən Allahverdi Cəfərova, qrup halında qeyri-müəyyən müddətdə ödənişsiz məzuniyyət verilməklə inzibati xəta törədilmişdir. Ona görə də, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Bununla bağlı "xxxx" ASCnin İdarə Heyətinin sədri X15 ünvanına təqdim edilmiş sənədlərdə inzibati xəta əlaməti olması ilə bağlı barəsində başlanmış inzibati xəta haqqında işə dair icraatı rədd edən halların olması barədə sübutların və təsdiqedici sənədlərin 26.05.2021-ci il tarixdə saat 11:00-dək təqdim edilməsi barədə 24.05.2021-ci il tarixli **********6 saylı məktub müəssisənin səlahiyyətli nümayəndəsinə (Zaur Quliyevə) sənədin şöbədə qalan nüsxəsinə imza edilməklə verilmişdir. 26.05.2021-ci il tarixdə X16 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə "xxxx" ASC-nin işəgötürəni və ya səlahiyyətli nümayəndəsi gəlməmiş və inzibati xəta haqqında işə dair icraatı rədd edən halların olması barədə sübutlar və təsdiqedici sənədlər təqdim edilməmişdir. Odur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş müddətdə "xxxx" ASC-nin İdarə Heyətinin sədri X15 inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində bu Məcəllənin 192.4 maddəsinə əsasən vəzifəli şəxs qismində 26.05. 2021-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş və 26.05.2021-ci il tarixli **********3 nömrəli məktubla göndərilmişdir. Tərtib edilmiş Protokollara əsasən inzibati xəta haqqında işə baxılması və iş üzrə olan bütün sübutları təqdim edilməsi məqsədi ilə "xxxx" ASC-nin İdarə Heyətinin sədri X19 və ya onun səlahiyyətli nümayəndəsi 26.05.2021-ci il tarixli **********9 nömrəli Bildirişlə 03.06.2021-ci il tarixdə saat 11:00-də Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsi 1 ünvanına dəvət edilmişdir. 03.06.2021-ci il tarixdə X16 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə "xxxx" ASC-nin işəgötürəni və ya səlahiyyətli nümayəndəsi gəlməmişdir. Odur ki, Mingəçevir regional ərazi şöbəsinin 03.06.2021-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ilə "xxxx" ASC-nin İdarə Heyətinin sədri X19 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111 -ci maddəsində nəzərdə tutulmuş müddətdə bu Məcəllənin 192.4 maddəsinə əsasən 1000 ( bir min) manat məbləğində inzibati cərimə edilmiş və həmin Qərarın bir nüxəsi 03.06.2021-ci il tarixli **********6 saylı məktubla X15 ünvanına göndərilmişdir. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X15 şikayəti əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin 03 iyun 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan "xxxx" ASC-nin X4 ünvanladığı 27.04.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Allahverdi Cəfərov "xxxx" ASC-nin hazırlıq qaynaq sexində əl ilə elektrik qaynaqçısı vəzifəsində işləyir, hal-hazırda məzuniyyətdə olduğu üçün işdən çıxarılmamış və son haqq hesab pulu işdən azad olunduqdan sonra hesablanıb ödənilir. İşdə olan 15.04.1999-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin sədri X19 ilə X6 arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşdə olan "xxxx" ASC-nin İH-nin sədri X19 tərəfindən 07.12.2020-ci il tarixdə verilmiş 153/k nömrəli əmrin surətindən görünür ki, müəssisədə istehsal zəruriyyəti ilə əlaqədar məhsul istehsalının azaldığı və satış üzrə müqavilənin olmadığını nəzərə alaraq aşağıdakı sahələr üzrə adları qeyd edilən işçilər, o cümlədən X6 09.12.2020-ci il tarixdən qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxılmışdır. İşdə olan 26.05.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-də 09.12.2020-ci il tarixdə işçilərə, o cümlədən X6 qrup halında qeyri müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxılmış və əmək münasibətinə xitam verilərkən əmək haqqı üzrə son haqq-hesab tam ödənilməmişdir. Nəticədə, "xxxx" ASCnin İdarə Heyətinin sədri X19 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsi tərəfindən 03 iyun 2021-ci il tarixdə verilmiş ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan görünür ki, “işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına görə "xxxx" ASC-nin İH-nin sədri X19 Azərbaycan Respublikası İXMin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin "xxxx" ASC-yə ünvanladığı 24.05.2021-ci il tarixli **********6 saylı məktubunun surətindən görünür ki, X2 "xxxx" ASC tərəfindən əmək hüquqlarının pozulması barədə daxil olmuş məlumat əsasında inzibati araşdırma ilə əlaqədar olaraq, X19 26.05.2021-ci il tarixdə saat 11:00-da X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinə dəvət olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin "xxxx" ASC-yə ünvanladığı 26.05.2021-ci il tarixli **********3 saylı məktubunun surətindən görünür ki, X15 barəsində 26.05. 2021-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli İnzibati xəta haqqında protokol onun ünvanına göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin "xxxx" ASC-yə ünvanladığı 26.05.2021-ci il tarixli **********9 saylı bildirişin surətindən görünür ki, X15 barəsində 26.05.2021-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokola baxılmasının 03.06.2021-ci il tarixə saat 11:00-a təyin edilməsi ilə bağlı Valeh Əliyevə məlumat verilmiş, həmçinin ona İXM-in 61.3-cü maddəsinin tələbləri izah edilmişdir. İşdə olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 8 saylı Region üzrə X14 ünvanladığı 20.05.2021-ci il tarixli məktubunun surətindən görünür ki, X6 08.01.2007-cı ildə 01/k saylı əmrlə hazırlıq qaynaq sexində əl ilə elektrik qaynaqçısı işinə qəbul olunub. 01.10.2009-cu il tarixdə 119/k saylı əmrlə öz xahişi ilə işdən azad olunub. Təkrarən 07.07.2010-cu il tarixdə 82/k saylı əmrlə Hazırlıq qaynaq sexində əl ilə elektrik qaynaqçısı İşinə qəbul olunub. 08.02.2016-cı il tarixdə 13/k saylı əmrlə öz xahişi ilə işdən azad olunub. Təkrarən 19.03.2018-ci il tarixdə 33/k saylı əmrlə Hazırlıq ’qaynaq sexində əl ilə elektrik qaynaqçısı İşinə qəbul olunub, o, işlədiyi dövürlər ərzində əmək məzuniyyətindən aşağıdakı tarixlərdə istifadə edib və məzuniyyət pulunu alıb. 2007-2008-ci il dövürləri üzrə 01 may 2008-ci il tarixdə 53/k saylı əmrlə istifadə edib, 2011 -2013-cü il dövürləri üzrə 30 aprel 2013-cü il tarixdə 74/k saylı əmrlə, 2013-2014-cü il dövürləri üzrə 24 iyun 2014-cü il tarixdə 94/k saylı əmrlə, 2018-2019-cu il dövürləri üzrə 01 mart 2019-cu il tarixdə 33A/k saylı əmrlə istifadə edib. 07.12.2020-ci il tarixli 153/k saylı əmrə əsasən öz hesabına məzuniyyətdə olduğu üçün, işdən azad edilməyib. X6 10.03.2021-ci il tarixdə işə dəvət olunub, lakin o işləməkdən imtina edib, X6 işdən azad olunduğu halda ona Son haq hesab pulu hesablanıb ödəniləcəkdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, barəsində protokol tərtib edilmiş şəxsə hüquq və vəzifələri izah edilməsinə və 26.05.2021-ci il tarixdə saat 11:00-da inzibati xəta haqqında icraatda iştirak etməsinə dair rəsmi qaydada bildiriş təqdim edilsə də, lakin o, inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməmişdir. Bununla belə protokolda müvafiq qeyd aparılmışdır. Eləcə də, 26.05.2021-ci il tarixdə tərtib edilmiş protokola 03.06.2021-ci il tarixdə saat 11:00-da baxılması ilə bağlı tərəfə rəsmi qayda da bildiriş göndərilmiş, lakin tərəf iştirak etməmiş, nə də işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də işə X15 iştirakı olmadan baxılmışdır. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmamış və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Bununla yanaşı məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həlli edilməsinə dair mühüm əhəmiyyəti olan halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə X19 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin əmək müfəttişi "xxxx" ASC-də 09.12.2020-ci il tarixdə işçilərin qrup halında, o cümlədən X2 qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxılmasını və əmək münasibətinə xitam verilərkən əmək haqqı üzrə son haqq-hesabın tam ödənilməməsini müəyyən etdiyinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında da Azneftemaş” ASC-nin İH-nin sədri X19 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X15 işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verdiyini göstərsə də, həmin pozuntunun ifadə edə hallar isə iş materiallarına əlavə edilmiş sənədlərlə təkzib olunmuşdur. Belə ki, inzibati xətanın mahiyyəti, işəgötürən tərəfindən 07.12.2020-ci il tarixdə verilmiş əmrlə 09.12.2020-ci il tarixdən işçinin qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxılmasından ibarətdir. Bununla da işəgötürən tərəfindən işçinin məzuniyyət hüquqları pozulmuş, lakin qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs tərəfindən, işəgötürən barəsində işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, işçi ilə əmək müqviləsinə xitam verilməmiş, nə də işçinin ödənişli əmək məzuniyyətinə buraxılması müəyyən edilməmişdir. Ona görə də işçinin əmək və məzuniyyət haqlarının hesablanmasından söhbət gedə bilməz. Göründüyü kimi qərarı barəsində şikayət verilmiş şəxs inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etməmişdir. Halbuki, X19 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 192.4-cü maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını və onun inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar mövcuddur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X19 tərəfindən işçinin əmək haqqının hesablanmasında və ödənilməsində yol verdiyi qanun pozuntusu konkret müəyyən olunmadığından, təqsirli olması barəsində əsaslı şübhələr olduğundan, onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də X15 İnzibati Xətalar Məcəlləsininin məhz 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Halbuki, işçinin məzuniyyət hüququnun pozulmasına görə inzibati məsuliyyət İXM-in 194.5-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Azneftemaş” ASC-nin İH-nin sədri X19 işçiləri, o cümlədən X5 qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsində işçinin məzuniyyət hüququnun tənzimlənməsi qaydasını müəyyən edən 146-cı maddənin 1-ci bəndinin tələblərini, pozmuşdur. Lakin qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etməməklə qanunsuz qərar qəbul etmişdir. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 146-cı maddəsini 1-ci bəndinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə X15 inzibati cərimə edilməsinə dair 03.06.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarı inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq ediməməsinə görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etməməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X15 İnzibati Xətalar Məcəlləsinin məhz 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, həmçinin inzibati xətanın onun tərəfindən törədilməsi ilə bağlı əsaslı şübhələri nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 34.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azneftemaş” ASC-nin İH-nin sədri X19 işçiləri, o cümlədən X5 qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsində işçinin məzuniyyət hüququnun tənzimlənməsi qaydasını müəyyən edən hüquq normalırının tələblərini pozmuşdur. Göründüyü kimi onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194.5-ci maddəsinin tərkib əlamətinin mövcud olsa da, lakin o, həmin Məcəllənin 192.4-cü maddəsində nəzərdə tutulmuşinzibati xətanın törətməkdə təqsirli bilinmişdir. Hazırda qərardan barəsində qərar qəbul edilmiş şəxs tərəfindən şikayət verildiyinə, İXM-in 194.5-ci maddəsi həmin Məcəllənin 194.4-cü maddəsinə münasibətdə barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırdığına, həmçinin vəzifəli şəxs şikayət və ya prokuror isə protest vermədiyinə görə onun barəsində yeni qərar qəbul edilməsi qanuni və əsaslı deyildir. Ona görə də inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 03 iyun 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsinə görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azneftemaş” ASC-nin İH-nin sədri X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 03 iyun 2021–ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsinə görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-539/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-539/2021
13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver