Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-540/2025 05.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynli Tural Mirbahəddin oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan(FİN xxxxxxx) Azərbaycan Respublikası İXM–nin 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya bölməsində yaranmış mübahisə zamanı ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri şöymüşdür. Bu hərəkətləri ilə bağlı Mingəçevir ŞPŞ İTB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Mingəçevir ŞPŞ-nin İTB-nin nümayəndəsi X2 protokola uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya bölməsində Fidan adlı qadın həkimlə aralarında yaranmış mübahisə zamanı onunla kobud danışmışdır. Lakin onu təhqir etməmişdir. Əməlindən peşmandır. Bir daha belə hadisəyə yol verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan 05 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab olunur və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında protokola, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və iş materialında olan şahidlərin verdikləri izahatlara qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs həmin inzibati xətanı ilk dəfə törətməsi, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halın olmamasını, həmçinin daha ağır inzibati tənbehin tətbiq olunmasının onun ailə vəziyyətinə mənfi təsirini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-540/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-540/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver