Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-541/2021 25.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 barəsində Mingəçevir şəhər polis şöbəsinin X5 rəisi vəzifəsini müvəqqəti icra etmiş, polis kapitanı X23 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi əsasən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 13 yanvar 2021-ci il tarixli qərarın ləğv edilməsinə dair protestə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 barəsində Mingəçevir şəhər polis şöbəsinin X5 rəisi vəzifəsini müvəqqəti icra etmiş, polis kapitanı X23 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi əsasən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 13 yanvar 2021-ci il tarixli qərarın ləğv edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Mingəçevir şəhər prokuroruna və polis kapitanı X18 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mingəçevir şəhər prokurorunun nümayəndəsi və polis kapitanı X16 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mingəçevir şəhər Prokuroru protestini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri, X26 küçəsi, ev 2/1, mənzil 4 ünvanında yaşayan X14 08 noyabr 2020-ci il tarixdə 13 radələrində Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə müraciət edərək, qonşuluqda yaşayan X9 həmin gün onu və qızı Günel Zeynalovanı döyməsi, əlində silahla (tüfənglə) onları hədələməsi barədə məlumat vermişdir. Həmçinin, X26 küçəsi, ev 2/1, mənzil 4 ünvanında yaşayan X15 08 noyabr 2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək, həmin gün saat 13 radələrində üst qonşuluğunda yaşayan Günel adlı qadının onun sol əlini cırmalayaraq ona xəsarət yetirdiyini bildirmişdir. Həmin müraciətlər əsasında Mingəçevir şəhər polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Ruzi Həsənovun 21 dekabr 2020-ci il tarixli qərarı əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, X8 barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Mingəçevir şəhər polis şöbəsinin X6 göndərilmişdir. Mingəçevir şəhər polis şöbəsinin X5 sahə rəisi, polis mayoru Əşrəf Həsənov tərəfindən 13 yanvar 2020-ci il tarixdə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə inzibati xəta haqqında MN №0930973 nömrəli protokol tərtib edilmişdir. Mingəçevir rayonlararası Psixo-Nevroloji Dispanserdən 05 yanvar 2021-ci il tarixdə daxil olmuş arayışın surətindən müəyyən edilmişdir ki, X12 10 yanvar 2019-cu il tarixdən həmin dispanserdə “Qayıdan depressiya pozğunluğu psixiatrik əlamətləri” ilə qeydiyyata alınmışdır. Mingəçevir şəhər polis şöbəsinin X5 rəisi vəzifələrini müvəqqəti icra etmiş, polis kapitanı Elşən Əmrahov tərəfindən 13 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 15-ci (Anlaqsızlıq) maddəsinə əsasən, həmin Məcəllənin 53-cü (İnzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsi haqqında MN №0007629 nömrəli qərar qəbul olunmuşdur. Mingəçevir şəhəri, X26 küçəsi, ev 2/1, mənzil 4 ünvanında yaşayan X14 şəhər prokurorluğuna müraciət edərək barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərarının ona göndərilmədiyini və hansı əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məlumatlandırılmadığını bildirmişdir. Mingəçevir şəhər polis şöbəsinin X5 rəisi vəzifəsini müvəqqəti icra etmiş Elşən Əmrahov barəsində inzibati icraat aparılan X10 məhkəmə-psixiatrik ekspertizasından keçirilməsi təmin etmədən, Mingəçevir şəhər rayonlararası Ruhi-əsəb dispanserində əldə etdiyi arayışla sonuncunun anlaqsız olması qənaətinə gəlmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Mingəçevir şəhər polis şöbəsinin X5 rəisi vəzifəsini müvəqqəti icra etmiş X23 tərəfindən X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu məhkəmə-psixiatrik ekspertizası təyin etmədən Ruhi-əsəb dispanserində əldə etdiyi arayışın surətinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qəbul etdiyi 13 yanvar 2021-ci il tarixli qərarın ləğv edilməsi məsələsinə baxılmasından ötrü hakimə müraciət olunmalıdır. Ona görə də Mingəçevir şəhər polis şöbəsinin X5 rəisi vəzifəsini müvəqqəti icra etmiş, polis kapitanı X23 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi əsasən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 13 yanvar 2021-ci il tarixli qərarın ləğv edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 08.11.2020-ci il tarixdə saat 12:40 radələrində yaşadığı evdə olan zaman alt qonşuluğunda yaşayan Nicat İbrahimlinin onun qayınanası Sahibə Əhmədovanın və həyat yoldaşı Əfsanə İbrahimlinin onun mənzilinin qapısını döymələrini eşidib qapını açdığını, həmin vaxt mənzilə daxil olan Nicat İbrahimlinin qəsdən onun alt dodaq nahiyyəsinə yumruqla zərbə vurduğunu, bu zaman sonuncunun yumruq zərbəsindən onun alt çənəsində olan dişlərindən birinin düşdüyünü, həmin vaxt N.İbrahimlinin qayınanası S.Əhmədovanın və həyat yoldaşı Ə.İbrahimlinin onu sakitləşdirərək mənzildən çıxardıqlarını, bundnan sonra N.İbrahimlinin silahla onları öıdürməklə hədələdiyini, daha sonra isə onların onun mənzilini tərk edib getdiyini, hadisədən bir qədər sonra anası Sara Zeynalovanın DİN-nin 102 zəng mərkəzinə müraciət edib döyülməsi ilə bağlı məlumat verildiyini bildirmişdir. Məhkəmədən polis kapitanı X23 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi əsasən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 13 yanvar 2021-ci il tarixli qərarı qüvvəsində qalmasını xahiş edir. İşə əlavə olunmuş Mingəçevir rayonlararası Psixo-Nevroloji Dispanserin 05.01.2021-ci il tarixdə daxil olmuş 02 nömrəli arayışının surətindən görünür ki, X12 10.01.2019-cu ildən Mingəçevir X1 depressiya pozğunluğu, psixiatrik əlamətlər və s. diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İşə əlavə olunmuş 21 dekabr 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi və materialdan ayrıca materialın ayrılaraq aidiyyəti üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, X8 X13 döyməsi xüsusatı qüvvədə olan qanunvericiliyə əsasən cinayət əməli sayılmadığından, həmin xüsusatlar üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. İşə əlavə olunmuş13.01.2021-ci il tarixli MN №0930973 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8 08 noyabr 2020-ci il tarixdə X4 əlini cırmalayaraq ona xəsarət yetirmişdir. Bununla da X12 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə əlavə olunmuş 13.01.2021-ci il tarixli MN №0007629 saylı İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqında qərardan görünür ki, X8 08 noyabr 2020-ci il tarixdə X4 əlini cırmalayaraq ona xəsarət yetirmişdir. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Lakin X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0. maddəsi üzrə başlanılmış iş üzrə icraata Ruhi-Əsəb Dispanserində qeydiyyatda olmasına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi rəhbər tutularaq X12 barəsində başlanılmış iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 15-ci maddəsinə əsasən Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53-cü (İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar) maddəsinə əsasən barəsində inzibati tənbeh tədbirləri tərbiq edilmiş şəxsin Ruhi-əsəb dispanserində qeydiyyatda olması ilə əlaqədar həmin şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə bəndi qeydə alınmamışdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinə əsasən Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101. 1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin Ruhi-əsəb Dispanserində qeydiyyatda olması İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar arasında olmadığı üçün polis kapitanı X23 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi əsasən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 13 yanvar 2021-ci il tarixli qərarı tam əsassızdır. Odur ki, Protest təmin edilməli və Mingəçevir şəhər polis şöbəsinin X5 rəisi vəzifəsini müvəqqəti icra etmiş, polis kapitanı X23 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi əsasən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 13 yanvar 2021-ci il tarixli qərarı ləğv edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə görə protokol düzgün tərtib olunmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-437-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Protest təmin edilsin. Mingəçevir şəhər polis şöbəsinin X5 rəisi vəzifəsini müvəqqəti icra etmiş, polis kapitanı X23 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi əsasən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 13 yanvar 2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-541/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-541/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver