Məhkəmə qərarları › İş №3(051)-542/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-542/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-542/2021 14.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X6, İcra və Probasiya şöbəsinin icra məmuru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs (tələbkar) Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq müəyyən e t d i m: Mingəçevir Bələdiyyəsinin 30.01.2019-cu il tarixli qərarına əsasən 504 manat borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir Bələdiyyəsinin 30.01.2019-cu il tarixli qərarına əsasən 504 manat məbləğdə icarə haqqı alınıb Mingəçevir Bələdiyyəsinə ödənilməlidir. Bakı şəhərində yaşadıqlarına görə həmin qərardan məlumatı olmamışdır. Ona görə də borcunu tam ödəyə bilməmişdir. hazırda borcunu tam şəkildə ödəmişdir. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir Bələdiyyəsinin qərarına əsasən 504 manat məbləğdə icarə haqqı alınıb Şəxs alınıb Mingəçevir Bələdiyyəsinə ödənilməlidir. Borclu Şəxs borcunu tam ödəmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Mingəçevir Bələdiyyəsinin 30.01.2019-cu il tarixli qərarına əsasən 504 manat məbləğdə pul Şəxs alınıb Mingəçevir Bələdiyyəsinə ödənilməlidir. Borclu Şəxs icra sənədini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda borclu Şəxs borcunu tam ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Şəxs borcu üzrsüz səbəbdən deyil, qərardan məlumatı olmadığına görə ödəməmişdir və hazırda həmin borcu tam şəkildə ödəmişdir. Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə iclasında müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci mddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci madəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində 504 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində 504 manat borcla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada veridyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar