Məhkəmə qərarları › İş №3(051)-542/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-542/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-542/2023 12.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, **-BH-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobil onun mülkiyyətində olsa da başqa şəxs tərəfindən qaçırılmışdır. **-BH-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobil ona məxsusdur. Sözügedən avtomobil xeyli müddətdir ki, İmişli rayon ərazisində sürülür. Lakin həmin avtomobilə dair onu idarə edənlərin heç bir hüququ yoxdur. Həmin avtomobil onun tərəfindən idarə olunmasa da ona protokol yazılmış və qərar çıxarılmışdır. Bundan əlavə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati cərimə edilmiş, barəsində EQ 12889685 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O da qərarda göstərilmiş avtomobilin onun tərəfindən idarə olunmamasına baxmayaraq barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini əsas göstərərək məhkəməyə şikayət vermiş və həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-505/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən EQ 12889685 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Odur ki, məhkəmədən onun barəsində olan EQ 13301818 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın da icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2023-cü il tarixdə 20 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 10.2 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 30.2 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-505/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair EQ 12889685 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti qismən təmin edilmiş, həmin qərar ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, onun barəsində EQ 12889685 saylı xx.xx.2023-cü il tarixli və EQ 13301818 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Həmin qərarlarda göstərilmiş **-BH-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobil onun tərəfindən idarə olunmamışdır. Buna baxmayaraq barəsində protokol tərtib edilmi və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. EQ 12889685 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermiş, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-505/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən EQ 12889685 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Odur ki, Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların hər ikisində də **-BH-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobil göstərildiyi və mübahisələndirildiyi üçün analoji qaydada bu iş üzrə də inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmış olur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli EQ 13301818 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar