Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-544/2021 09.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, şikayət vermiş şəxs X4, Sahə müvəkkili X8, X1 iştirakı ilə, X4 Mingəçevir şəhər polis şöbəsinin inzibati xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Polis Şöbəsinin 29.11.2020-ci il tarixli MN ******* nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarda inzibati cərimə edilmişdir. Niftalı Ağazadə həmin qərardan şikayət verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. X7 məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, 35 ildir ki, paroksizmal toxikardiya xəstəliyindən əziyyət çəkir. Lakin buna baxmayaraq heç bir pensiya almır. Onu müalicə edən həkimi X6 ona xəstəliyi barədə arayış vermir. O, tibbi maskadan istifadə etmək, hətta bağlı qapı arxasında qısa müddət qala bilmir. Xəstəliyinə görə açıq havada gün ərzində 18-20 km məsafəni piyada qət etməlidir. Şəhər polisləri tərəfindən dəfələrlə tibbi maskadan istifadə etmədiyi üçün saxlanılmağına baxmayaraq, xəstə olduğu üçün buraxılmışdır. 23-cü, 25-ci 11.2020-ci il tarixdə sahə müvəkkili tərəfindən saxlanılmış və xəstəliyini ona bildirmişidir. Lakin müharibə iştirakçısı və xəstə olmasına baxmayaraq, əl ilə ona qarşı kobud hərəkət etdi. Bu hərəkətin qeyri-qanuni olduğunu başa düşdüyü üçün çıxıb getdi. Lakin 29.11.2020-ci ildə gəlib 15-20 metr məsafədən duraraq “tibbi maska hanı?”- deyə müraciət etdi. Xəstəliyini bildirdikdə isə arayış tələb edib ona yaxınlaşdı. Lakin “həkim arayış vermir”deyə bildirdi. Mübahisələri yarandı və onu ŞPŞ-na gətirdilər. ŞPŞ-da polis əməkdaşları onun topikardiya xəstəsi olduğunu bildirib onu sərbəst buraxmalı olduqlarını söylədilər. Lakin o, “prinsip var”-dedi, sonra onu otağa çağıraraq “imza at, şəxsiyyət vəsiqəsini götür”dedilər. O, eynəksiz heç bir şey görməyəciyini dedi. Əgər protokoldursa, imza atmayacağını bildirdi. Onlar da protokol olmadığını bildirdilər. Onun hüquqları kobud pozulub. İşləmir, pensiya almır yalnız 80 (səksən) manat müavinətdən başqa heç bir şey almır. Ona üç kiloqramdan artıq yük daşımağa icazə vermirlər. Polislər və həkimlər tərəfindən hüquqlarının kobud surətdə pozulmasına baxmayaraq ona azadlıqda yaşamaq şansı verilsin. Ona qarşı qeyri-qanuni tərtib olunmuş cərimənin onun üzərindən götürülməsini tələb etmişdir. Sahə müvəkkili X10 məhkəmə iclası zamanı verdiyi izahatında götərmişdir ki, 29 noyabr 2020-ci il tarixdə X7 Azərbaycan Respublikası ərazisində elan olunmuş karantin rejim qaydalarını pozmuşdur. Belə ki, Niftalı Ağazadə 29 noyabr 2020-ci il tarixdə Mingəçevir şəhəri C.Əliyev küçəsində saat 16:50 radələrində açıq havada tibbi maskadan istifadə etməli olduğu halda karnatin qaydalarını pozaraq tibbi maskadan istifadə etməmişdir. Niftalı tibbi maskadan istifadə etməməsini xəstəliyi ilə bağlı əlaqələndirsə də, lakin bununla bağlı ona heç bir sənəd və ya arayış təqdim etməmişdir. Hənçinin müvafiq məcəllədə tibbi maska taxmamaqla əlaqədar heç bir məhdudiyyət də nəzərdə tutulmamışdır. X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, məhkəmə iclas zalında Niftalı Ağazadənin ürək döyüntüsü və satürasiyasını ölçmüş onun hal-hazırda sağlamlığının yaxşı olduğu və ürəyinin normal döyündüyü qənaətinə gəlmişdir. Hətta ürəyi ilə bağlı hər hansı bir problem olsa idi belə, bu onun tibbi maska taxmasına məhdudiyyət qoya bilməzmiş. Ümumiyyətlə elə bir xəstəlik mövcud deyil ki, tibbi maska taxmaqda hər hansı bir məhdudiyyət olsun. Şikayət vermiş şəxsin izahatını dinləyib və təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşə əlavə olunmuş Mingəçevir ŞPŞ-nin İTB-nin rəis v.m.i.e X12 tərəfindən Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 29 mənzil 11-də yaşayan 20.01.1967-ci il təvəllüdlü X7 barəsində tərtib edilmiş 28.11.2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, 29.11.2020-ci tarixdə saat 16:50-də vət. Niftalı Ağazadə tibbi maskasız Mingəçevir şəhər C.Əliyev küçəsində hərəkət edərək karantin qaydalarını pozmuşdur. Bunun da nəticəsində X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəclləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat cərimə olunması qərara alınmışdır. İşə əlavə olunmuş Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən verilmiş tibbi arayışdan görünür ki, X5 ÜİX Parov-sizual taxikardiya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Şikayətçi karantin rejimi dövründə şikayətçinin tibbi maskadan istifadə etmək məcburi tədbirini pozması səbəbindən cərimə edilmişdir. Şikayətçi tibbi maska taxmadan istifadə etməməsinə xəstə olmasını səbəb kimi göstərsə də, onun bu fikri məhkəmə iclasına dəvət olunmuş həkimin izahatı ilə təkzib olunmuşdur. Bundan başqa İXM-nin şəxsin xəstəliklə əlaqədar tibbi maskadan istifadə etməmək kimi bir icazəsinin olması barədə heç bir müvafiq norması da mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: X4 Mingəçevir şəhər polis şöbəsinin inzibati xəta haqqında 29.11.2020-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-544/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-544/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver