Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-545/2022 29.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Ağdam rayon, Xındırıstan kəndində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Mingəçevir şəhəri, H.Əliyev pr 37/13 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan Şəxs Azərbaycan Respublikası İXM–in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 28 avqust 2022-ci il tarixdə Mingəçevir şəhəri H.Hüseynov küçəsində ucadan ünvansız nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuş və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 protokola uyğun izahat verdi. Məhkəmə iclası zamanı İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, 28 avqust 2022-ci il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhəri, H.Hüseynov küçəsində sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuşdur. Ona görə də polis əməkdaşları onu nizam intizama dəvət etsə də, o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şöbəyə aparıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş, onlara qarşı səsini ucaltmışdır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin polis nəfəri vəzifəsində işləyir. 28 avqust 2022-ci il tarixdə saat 19:00 radələrində xidmət etdiyi ərazidə olduqları zaman Mingəçevir şəhəri, H.Hüseynov küçəsində ucadan ünvansız nalayiq ifadələr işləndiyini eştmişlər. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Şəxs əmrlərinə tabe olmamışdır. Həmin şəxsə yaxınlaşıb, onu intizama dəvət etsə də, o öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Polis şöbəsinə gətirildiyi zaman da öz hərəkətlərinə davam etmişdir. Bununla bağlı onun barəsində inzibat xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin polis nəfəri X5 da şahid X4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş 28 avqust 2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş 28 avqust 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs 28 avqust 2022-ci il tarixdə yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İşə əlavə edilmiş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədilə o, 28 avqust 2022-ci il tarixdə saat 19:40 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 28 avqust 2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri H.Hüseynov küçəsində ucadan ünvansız nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuş və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli sərxoş vəziyyətdə olması isə ağırlaşdıran haldır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Eləcə də, Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 34.1, 34.3, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2022-ci il tarixdən saat 19:40-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-545/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-545/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver