Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-547/2021 17.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Kərimova Məhburə Kərim qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X5, onun qanuni nümayəndəsi X1 iştirakı ilə xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d im : Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş ******* №li, 16.06.2021ci il tarixli protokoldan görünür ki, Şəxs 25.03.2021-ci il tarixdə X4 məxsus mobil telefonu alaraq mənimsəmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, 25.03.2021-ci il tarixdə onunla qonşuluqda yaşayan Rəşad Şəriflinin işlədiyi “Samsung-A-51” markalı mobil telefonu danışmaq adı ilə aldı. Sonra telefonu götürərək oradan uzaqlaşdı. R.Şərifliyə maddi ziyan vurmuşdur. Lakin həmin pulu ödəməyə onun imkanı yoxdur. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs ilə qonşu olublar. 25.03.2021-ci il tarixdə 18:00 radələrində Rəşad ondan xahiş etdi ki, telefonunu versin bir adamla danışıb qaytaracaqdır. O da telefonunu Rəşada verdi. Rəşad telefonla danışa-danışa ondan aralandı. Sonra Rəşad yoxa çıxdı. Ona dəymiş zərər ödənilməmişdir. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, 25.03.2021-ci il tarixdə saat 18:00 radələrində oğlu R.Şərifli hazırlqdan evə qayıdan zaman bildirdi ki, keçmiş qonşuları Rəşadla yolda rastlaşdı, başqa bir adamla danışmaq üçün mobil telefonu ona verməyi xahiş etdi, o da telefonu Rəşada verdi. Rəşad telefonla danışa-danişa onun yanından aralandı, sonra qaçıb getdi. O da bundan sonra polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdi. Onlara dəymiş zərər ödənilməmişdir. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tərəflərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal isə müəyyən edilmədi. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub Q ə r a r a a l d ım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 17.06.2021-ci il tarixdən, saat 12:40-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-547/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-547/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver