Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-547/2022 12.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin EPQ ******* saylı xx.xx.2021-ci il tarixli qərarından şikayətinə baxaraq, Müəyyənetdim: X4 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin EPQ ******* saylı xx.xx.2021-ci il tarixli qərarından şikayət vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayətini əsaslı hesab edərək izahatında bildirdi ki, Bakı şəhərində Yeni klinikada işləyir. Onun xəbəri olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında qərar qəbul edilmiş və 100 manat cərimə olunmuşdur. Tibb işçisi olduğuna görə həmişə karantin qaydalarına əməl etmişdir. Heç vaxt karantin rejim qaydalarını pozmamış, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamışdır. Şəxsiyyət vəsiqəsini dəyişdirmək məqsədilə ASAN Xidmətə müraciət edəndə ona məlum olmuşdur ki, 100 manat cərimə olunubdur. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Ona görə də Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin EPQ ******* saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin rəisinə məktub göndərilərək inzibati xəta haqqında materialın məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin inzibati xəta haqqında material məhkəməyə təqdim olunmamışdır. İş materialını araşdırıb hesab edirəm ki, şikayət təmin edilməli, qərar ləğv olunmalı, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. İşə əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 20-ci PB-nin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş EXP ******* №li xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 20-ci PB-nin rəisi X3 inzibati tənbeh vermə haqında EPQ ******* №-li xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X4 İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 100 (bir yüz) manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Lakin məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında işə baxılan zaman inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 məlumat verilməmiş, qanunun qeyd edilən tələblərinə riayət edilməmiş, iştirakı təmin olunmamış, nəticədə onun hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasıına maneə törədərək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin EPQ ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və yenidən baxılmaq üçün inzibati material Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutub Qərara aldım: Şikayət təmin olunsun. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin EPQ ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və material yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-547/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-547/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver