Məhkəmə qərarları › İş №3(051)-548/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-548/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-548/2025 11.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İTB tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir.Həmin protokola əsasən Mingəçevir ŞPŞ-nin inzibati binasında xx.xx.2025ci il tarixdə saat 19:30 radələrində Şəxs etmiş olduğu oğurluq hadisəsi ilə bağlı dindirilən zaman sərxoşluğun yoxlanması zərurəti yaranmış və tibbi müayinə zamanı narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə işi baxışa hazırlayan zaman müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməmişdir. 61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir.

206. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Mingəçevir Şəhər Polis X1 Bölməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə tədim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburi olduğundan, şəxs məhkəməyə tədim edilmədiyindən işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim edilmədiyindən toplanmış material Mingəçevir Şəhər Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsini rəhbər tutaraq

QƏRARA ALDİ:

Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim edilmədiyindən toplanmış material Mingəçevir Şəhər Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar