Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-549/2021 17.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştiraki ilə, xx.xx.1996-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdam rayonu ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2an Şəxs oğlu barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş ******* №li protokolda göstərilir kİ, Şəxs 16.06.2021-ci il tarixdə Mingəçevir şəhəri Kürün sahilində ucadan səs-küy salaraq, polisin tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında izahatında bildirdi ki, o, Elçin adlı şəxsə məxsus kiçik həcmli motorlu qayığı idarə edir və gördüyü işin müqabilində Elçin ona gündə 6-10 manat pul verir. 16.06.2021-ci il tarixdə saat 21:00 radələrində Kürün sahilində olan zaman polis əməkdaşları yaxınlaşaraq Kür çayının sahilində düzəldilmiş pilotu sökməyi ondan tələb etdilər. O, cavabında bildirdi ki, qayıq ona məxsus deyil, həmin pilotun düzəldilməsindən də onun xəbəri yoxdur. Həmin vaxt onun tərəfindən səs-küy olmamışdır. Mingəçevir şəhər PŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X1 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhəri Yaşıllaşdırma və sanitar–təmizlik idarəsinin rəisi Əli Ağamirovun polis şöbəsinə yazdığı ərizəsinə əsasən Sahil parkında qeyri-qanuni yaradılmış pilotun sökülməsi məqsədi ilə 16.06.2021-ci il tarixdə saat 22:00 radələrində Kürün sahilində olan zaman həmin pilotu düzəltmiş E.Abdullayevə məxsus qayığı idarə edən Şəxs pilotun sökülməsini tələb etdilər. Lakin Şəxs pilotu sökməkdən və Elçin Abdullayevi həmin yerə çağırmaqdan imtina etdi. Ona görə də Şəxs barədə raport yazdılar. Şəxs həmin vaxt səs-küy salmış, hər hansı nalayiq ifadələr işlətməmişdir. Mingəçevir şəhər PŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 da məhkəmə iclasında eyni məzmunda izahat verərək pilotun sökülməsini tələb edən zaman Şəxs səs- küy salmadığını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunu və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək hesab edirəm ki, iş üzrə icraat xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin mənasına görə polis işçisi ictimai qaydanın mühafizə vəzfələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Lakin Şəxs ictimai qaydanı pozması və ya polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları ilə sübut olunmur, eləcə də bu, məhkəmə iclasında təsdiq edilmədi. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğu sübuta yetirilmədi. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. R.Süleymanovun əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-549/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-549/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver