Məhkəmə qərarları › İş №3(051)-549/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-549/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-549/2023 12.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası AYNA-nın Yevlax Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 13 iyun 2023-cü il tarixdə saat 09:45 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində Mercedes Benz markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtobusla 5 saylı marşrutla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olması ilə əlaqədar tələb olunan sənədləri səlahiyyətli əməkdaşlara təqdim etməmiş və Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin səlahiyyətli əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirilməsinə mane olmuşdur. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə də təsdiq olunmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi və inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsinin və inzibati xəta törətmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 iyun 2023-cü il tarixdə saat 09:45 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində Mercedes Benz markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtobusla 5 saylı marşrutla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olması ilə əlaqədar tələb olunan sənədləri səlahiyyətli əməkdaşlara təqdim etməmiş və Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin səlahiyyətli əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirilməsinə mane olmaqda təqsirli bilinmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat X1 Şöbəsinin səlahiyyətli əməkdaşları xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla Şəxs tanış etmişlər və barəsində protokol tərtib olunmuş şəxs protokolu qəbul etməkdən, imza etməkdən və izahat verməkdən imtina edibdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində 50 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi daha məqsədə müvafiq olmaqla, onun əməlinə adekvat sayıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Mingəçevir şəhəri, X2 küçəsi, ev 1, mənzil 34 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar