Məhkəmə qərarları › İş №3(051)-550/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-550/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-550/2021 17.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, 20.06.2016-cı ildə Şəki şəhəri Cəfərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ali təhsilli, evli, İstilik elektrik Stansiyasında baş usta vəzifəsində çalışan, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 510 və 535.1-ci maddələri ilə Mingəçevir şəhər İcra bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs oğlu 16.06.2021-ci il tarixdə saat 22:00-da Sahil parkında ucadan səs-küy salmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Şəxs oğlu məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 16.06.2021-ci il tarixdə saat 22:00-da Sahil parkında olmuş, lakin heç bir səs-küy salmamışdır. O, polis əməkdaşları ilə danışarkən həmin ərazinin yaxınlığından yüksək səs çıxaran motorlu katerlər hərəkət etdiyindən o, yüksək səslə danışmaq məcburiyyətində qalmışdır. Lakin o, nalayiq ifadələr işlətməmiş və polisə heç bir müqavimət göstərməmişdir. Ona görə də tərtib olunmuş protokol əsassızdır və məhkəmədən onun barəsində tərtib olunmuş protokola xitam verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Şəxs oğlunun ictimaiyyət arasında səs-küy saldığını görmüş ondan ictimai qaydanı pozmamasınıtələb etmişlər. Lakin o, onların bu tələbinə əməl etməmişdir. Bununla belə o, heç bir nalayiq ifadə işlətməmiş, polis əməkdaşlarına isə müqavimət göstərməmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Şəxs oğlunun ictimaiyyət arasında səs-küy saldığını görmüş ondan ictimai qaydanı pozmamasını tələb etmişlər. Lakin o, onların bu tələbinə əməl etməmişdir. Bununla belə o, heç bir nalayiq ifadə işlətməmiş, polis əməkdaşlarına isə müqavimət göstərməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin mənasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Şəxs polislərin qanuni tələbinə tabe olmaması müəyyən olunmamışdır. Bundan əlavə Şəxs izahatı və iş materiallarından da göründüyü kimi o arvadı ilə yaşadıqları mənzildə mübahisə etmişdir. Polis əməkdaşlarına Şəxs bu və ya başqa yolla tabesizlik göstərməsi məhkəmə iclasında sübut olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İ.Mahmudovun əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilıir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs oğlu barəsində Azərbaycan Republikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar