Məhkəmə qərarları › İş №3(051)-551/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-551/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-551/2021 17.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şərifova Ruqiyə Yusif qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1977–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbayjan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə 16.06.2021-ci il tarixdə saat 22:00 radələrində Şəxs Kürün çayının sahilində insanların toplaşdığı yerdə ucadan səs küy salaraq ictimai qaydanı pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmədi və göstərdi ki, ucadan səs küy salmamış, əksinə polisin dediklərinə əməl etmişdir. Belə ki, 16.06.2021-ci il tarixdə Kürün sahilində işdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq sakinlərin istifadəsi üçün nəzərdə tutulan pilotu götürməsini bildirilmişdirlər. O, polis əməkdaşlarının tapşırığını yerinə yetirərək dərhal pilotu oradan kənarlaşdırmışdır. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsi sahənin polis nəfəri vəzifəsində işləyir. 16 iyun 2020-ci il tarixdə saat 22:00 radələrində Mingəçevir şəhəri Kür çayının sahili kənarında xidmət etdiyi ərazidə, Kür çayının sahilində yerləşən sakinlərin təhlükəsizliyi üçün nəzərdə tutulan dirəklərin sökülüb yerində Şəxs tərəfindən qoyulmuş pilotu gördükdə, ona yaxınlaşıb pilotu oradan götürməsini xahiş etmişdir. Çünki onunla bağlı Mingəçevir şəhəri Yaşıllaşdırma və sanitar-təmizlik idarəsinin rəisi tərəfindən RŞP-yə şikayət ərizəsi daxil olmuşdur. Ona görə də o, rəhbərliyin göstərişi əsasında Şəxs pilotun götürülməsinin vacibliyini bildirmişdiur. Lakin Şəxs ucadan səs-küy salaraq, sahilə toplaşan insanların diqqətini özünə cəlb etməyə çalışmışdır. O, Şəxs intizama dəvət etsədə, sonuncu onun və orada olan digər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bununla bağlı onun barəsində inzibat xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 oğlu ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsi sahənin polis nəfəri vəzifəsində işləyir. 16 iyun 2020-ci il tarixdə saat 22:00 radələrində X1 tərəfindən zəng gələrək ona Kür sahilində bir nəfər şəxsin səs küy salaraq ictimai qaydanı pozduğunu və polisin tələblərinə əməl etmədiyini bildirdi. O, Kür sahilinə gedərək bir nəfər şəxsin kür sahilində yerləşən sakinlərin təhlükəsizliyi üçün nəzərdə tutulan dirəklərin sökülüb yerində pilot qoyulduğunu görərək həmin şəxsə yaxınlaşıb onu oradan götürməsini bildirdik. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bununla bağlı onun barəsində inzibat xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş 16.06.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16.06.2021-ci il tarixdə saat 22:35-da inzibati qaydada tutulmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 5351.ci-maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 510.-cu maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs oğlunun 16 iyun 2021-ci tarixdə Kür sahilində ucadan səs küy salmaqla ictimai qaydanı pozması və AR İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmiş, lakin onun həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq AR İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bu hal isə Şəxs oğlunun AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 5351.ci-maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli, lakin Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510.-cu maddəsinin tərkibi olduğundan, o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs oğlunun təqsirinin dərəcəsini və şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 04 (dörd) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 16 iyun 2021–ci il tarixdən saat 22:35-dən hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar