Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-551/2023 29.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə edilməsinə dair Qusar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Qusar rayon Polis Şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X3 rayon Polis Şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o, X4 idarə etdiyi Renault Arkana markalı ** DN *** qeydiyyat nişanlı avtomobildə sərnişin olmuşdur. X14 şəhəri, Səməd Vurğun küçəsi ilə hərəkətdə olub, sağa H.Əliyev prospektinə dönmək üçün küçələrin kəsişməsində sağa dönüb qarşıdan sola dönəcəyini nəzərə alaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.6-cı maddəsinin tələbinə riayət edib yolun hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmaqla yolun sol zolağına daxil olmuşdur və kəsişmə önündə hərəkətdə olan nəqliyyat vasitələrini buraxmaq üçün avtomobili saxlamışdır. Bu zaman ** YP *** YPX avtomobili saxla əmri verib avtomobili saxlatmışdır. Avtomobilə yaxınlaşan YPX inspektor sürücünün sol zolağa daxil olmağı ilə əks hərəkət zolağına çıxdığını və barəsində inzibati qərar çıxaracağını bildirmişdir. Sürücü inspektorun üzərində səsyazma cihazının olmamasını irad tutmuş, inspektor isə buna məhəl qoymamışdır. Sürücü inzibati xətanın mövcudluğu ilə razı olmadığını, kəsişmədə yol hərəkətinin düzgün təşkil edilmədiyini, AZS 23457-86 standartının tələblərinə əsasən dönəcəkdə iki tərəfli hərəkəti bildirən 1.19 nişanın olmalı olduğunu bildirsə də inspektor X1 inzibati xətanın mövcudluğu ilə razlaşmadığına baxmayaraq, İXM-in 124.3-cü maddəsinin tələblərini pozaraq özü İXM-in 596.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və sürücünün barəsində qanunsuz və əsassız TP5723805 saylı qərarı qəbul etmişdir. Sürücünün səsyazma cihazından istifadə etmək xahişinə inspektorun məhəl qoymaması səbəbindən o, telefonunun video kamerası vasitəsi ilə baş verənləri qeydə almağa başlamışdır. Bunu görən inspektor ona videoqeydiyyatı aparmağı qadağan etdiyini bildirərək, əraziyə PPX avtomobilini çağırmış, videoqeydiyyat aparmaqla “Azərbaycan Respublikası Qanunu”nu pozduğunu bildirmişdir. Ekipajda olan 2209 döş nişanı olan inspektor telefonunu əlindən zorla almışdır. “Tələsmə, sənə göstərəcəm” kimi hədə-qorxular edərək onu zorla PPX avtomobilinə mindirmişlər. O, Qusar RPŞ-yə aparılmış, Qusar RPŞ-də videoqeydiyyat aparmaqla qanunu pozduğunu bildirmişlər, telefonu ilə qeydə aldığı videogörüntünü silməyini tələb etmişlər və videogörüntüləri sildirmişlər. Videonun silindiyinə əmin olduqlarından sonra onu sahə inspektoru Emin Mövsümovun yanına aparmışlar, o da onun barəsində İXM-in 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu qanunsuz və əsassız olaraq tərtib etmişdir. MN ******* saylı inzibati xəta haqqında protokolun surəti xx.xx.2023-cü il tarixdə ona verilsə də, həmin tarixdə protokol üzrə qərar qəbul edilməmişdir. xx.xx.2023-cü il tarixdə Qusar RPŞ-də iştirakı olmadan MN ******* saylı protokol üzrə köhnə tarixlə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə Qusar RPŞ-nin əməkdaşları qərarı mərkəzi informasiya sisteminə yerləşdirərək, hadisənin guya xx.xx.2023-cü il tarixdə qeydə alındığını, xx.xx.2023-cü il tarixdə isə qərar qəbul edildiyini göstərmişlər. Qusar RPŞ tərəfindən İXM-in 117-ci maddəsinin tələbləri pozularaq MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilməmişdir. Məsələ ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb inzibati xəta törətmədiyini bildirsə də, şikayətləri araşdırılması üçün Qusar RPŞ-yə göndərilmişdir. Özləri barəsində araşdırma aparan Qusar RPŞ qəbul etdikləri qərarı doğru saydıqlarını bildirərək barəsində icraata xitam verməmişlər. Azərbaycan Respublikası DİN-ə yazılı və DİN 102 xidmətinə çoxsaylı şikayətlərindən sonra MN ******* saylı protokol və MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətləri xx.xx.2023-cü il tarixdə ona çatdırılmışdır. Qusar RPŞnin qərarında videoqeydiyyat aparmağı İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta olaraq qiymətləndirilmişdir. Bildirir ki, o, heç bir qayda pozmamışdır və inzibati xəta törətməmişdir. Özünə məxsus hər hansı bir cihazla videoqeydiyyat aparmağı qanunla qadağan edilməmiş hüququdur. Barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə edilməsinə dair Qusar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Barsində qərar çıxarılmış şəxs X8 iştirak etdiyi məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək, inzibati iş üzrə mühüm əhəmiyyətə malik olan bəzi sübutları məhkəməyə təqdim etmiş və əlavə olaraq bildirmişdir ki, o, heç bir qayda pozmamışdır və inzibati xəta törətməmişdir. Qusar RPŞ-nin qərarında videoqeydiyyat aparmağı İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta olaraq qiymətləndirilmişdir. Odur ki, Qusar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Qusar rayon Polis Şöbəsinin vəzifəli şəxsinin nümayəndəsinə və şikayətçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, onlar məhkəmə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilməsi haqqında Qusar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün Qusar rayon Polis Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Qusar rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Qusar şəhəri, H.Əliyev prospektində iş yoldaşının etibarnamə ilə idarə etdiyi avtomobildə sərnişin olduğu zaman Qusar RPŞ-nin YPX-nin əməkdaşları onları saxladığı zaman özünə məxsus mobil telefon vasitəsilə YPX-nin əməkdaşını videomüşahidə apararaq polisin qanuni işinə müdaxilə edərək mane olmuşdur. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən çıxarılmış xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Qusar şəhəri, H.Əliyev prospektində iş yoldaşının etibarnamə ilə idarə etdiyi avtomobildə sərnişin olduğu zaman Qusar RPŞnin YPX-nin əməkdaşları onları saxlayan zaman özünə məxsus mobil telefon ilə YPX-nin əməkdaşını videomüşahidə apararaq polisin işinə müdaxilə edərək mane olmuşdur. Nəticədə, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, aparılmış xidməti təhqiqat nəticəsində Qusar RPŞ-nin əməkdaşları intizam məsuliyyətinə cəlb edilmişlər. Eyni zamanda X8 barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol və MN ******* nömrəli qərarın ləğv edilməsinə dair müvafiq tapşırıq verilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə edilmiş təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Qusar rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, barəsində protokol tərtib edilmiş şəxsin iştirakı ilə tərtib edilsə də, protokolun surəti ona verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması ona izah olunmamış, müdafiəçidən imtina etməsinin maddi vəziyyəti ilə bağlı olmamasına dair ərizə alınmamış, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün barəsində protokol tərtib edilmiş şəxsin çağırılması barədə qərardad qəbul edilməmiş və onun iştirakı təmin edilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta haqqında protokola baxılmasında barəsində protokol tərtib edilmiş şəxsin müdafiə hüququ pozulmuşdur. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə X5 iştirakı olmadan baxılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları təsbit edilmişdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61- 67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X5 barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Qusar rayon Polis Şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz qəbul edilmişdir. Belə olan halda, X5 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair Qusar rayon Polis Şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə edilməsi haqqında Qusar rayon Polis Şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qusar rayon Polis Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilməsinə dair Qusar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Qusar rayon Polis Şöbəsinə göndərilsin. Qərardan, 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-551/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-551/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver