Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-552/2023 20.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu Məhkəmə iclas katibi X3, X1 Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarından şikayətə baxaraq Müəyyənetdi: Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* «İnzibati tənbeh vermə haqqında» qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə olunumşdur. X1 Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarından şikayət vermişdir. Şikayətə baxılması 06 iyul 2023-cü il tarixə təyin edlmişdir. Məhkəmə iclasına şikayət vermiş şəxs və Bakı şəhəri DYPİ-nin nümayəndəsi gəlmədiyi səbəbdən şikayətə baxılması 20 yul 2023-cü il tarixə təxirə salınmışdır. 20 yul 2023-cü il tarixə təyin edilmiş məhəkəmə başının yeri və vaxtı barədə şikayət vermiş şəxs və Bakı şəhəri DYPİ-i lazımi qaydada xəbərdar edlməmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin şikayət vermiş şəxs şəxsi işmi ilə əlanqədar məhkəm iclasında iştirak edə biləməyəcəyini və şikayətə ounun iştirakı olmadan baxılmasını və yekun məhkəmə qərarıneın çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslanıdırmışdır ki, xx.xx.20213-cü il tarixdə Bakı şəhəri, X6 küçəsində hərəkətdə olduğu zaman Bakı şəhəri DYPİ-nin əməkdaşları onu “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun tələbləprini pozmasına görə barəsində protokol tərtib edilmişdir. Lakin polis əməkdaşları bu barədə nə bildiriş, nə də qayda pozuntusunun sübut edən görüntü təqdim etməmişlər. Həmin protolodan şikayət esə də şikayətə baxılmamış və inzibati xəta haqqında qərar çıxarılmışdır. Odur ki, Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, şikayət ərizəsini nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Belə ki inzibati məsuliyyətə cəlb olunmuş X2 məhkəmə iclasına gəlməmin və şikayətinin əsaslarını sübut edən faktlar və hallar barəsində məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Sadəçə olaraq şikayət ərizəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ümumi normaları öz əksini tapmışdır. Əksin iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* «İnzibati tənbeh vermə haqqında» qərarının surətindən görününr ki, X2 xx.xx.2023-cüil tarixdə saat 18:58 radələrində idarə etdiyi VAZ 21723 mnik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri X6 küçəsində hərəkətdə olduğu zaman 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axımının hərəkət zolağına keçərək nəqliyyat axımına əks istiqamətdə hərəkət etmişdir. Bu hərəkət nəticəsində X1 barəsində xx.xx.2023-cül tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edlmişdir. X2xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarı ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tərkibi vardır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. Odur ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə barədə Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldı: Barəsində inzibati tənbeh tətbiq edilmiş X1 şikayəti təmin olunmasın. X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilməsi barədə Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-552/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-552/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver