Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-552/2025 13.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mİngəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi – vəkil X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Mingəçevir şəhəri Əliağa Vahid küçəsi ev 4, mənzil 30-da yaşayan Şəxs barəsində(FİNxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN №2325903 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-885/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 301190,6 manat borc olan icra sənədi borclu Şəxs tərəfindən icra edilməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Borclunun hal-hazırda icra sənədi üzrə 301190,6 manat borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayındığı üçün borclu barəsində bir neçə dəfə axtarış elan olunmuş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Əskərov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, hazırda onun icra sənədi üzrə 301190,6 manat borcu yaranmışdır. Zərərçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi – vəkil X5 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, icra vərəqi üzrə borc hal-hazıra kimi borclu tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə ödənilməmişdir. Ona görə məhkəmədən borclu Şəxs barəsində həbslə bağlı olan inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, tələbkardan pul almamışdır. Hazırda özü də bu işlə bağlı iddia qaldırmışdır, və bu işlə bağlı xx.xx.2025-ci il tarixdə məhkəmə iclası olacaqdır. O, bir daha qeyd edir ki, hazırda qeyd olunan icra sənədi ilə bağlı onun tələbkara heç bir borcu yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, hazırkı inzibati xəta haqında protokol üzrə Qulunun heç bir günahı yoxdur. Belə ki, tələbkar qeyd olunan 301190,6 manat məbləğində pulu Qulunun atası İldırıma vermişdir. Həmin borc məbləği verilərkən Qulunu etibaramə ilə atası Əskərov İldırım təmsil etmişdir. Göründüyü kimi əslində Qulunu təmisl edən şəxs atası olduğu üçün iddiaya cavab verməli olan şəxs Qulu deyil onu etibarnamə üzrə təmsil etdiyi şəxs olan atası Əskərov İldırım olmalıdır. Baxmayaraq həmin məbləği Qulku dehyil atası Əskərov İldırım almışdır etitabranə üzrə onun təmsilçisi. Hazırda onlar Əskərov İldırıma qarşı pultələbi ilə məhkəmədə iddia qaldırmışlar. Bu səbəbdən də hesab edir ki, Şəxs qarşı tərtib edilən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN №2325903 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-885/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə 301190,6 manat pul borcu yaranmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-885/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs hər ay uşaq üçün 300.600 (üç yüz min altı yüz) manat məbləində pulun alınıb X9 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-885/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlak haqqında məlumat verilməsi barədə məktubdan görünür ki, Şəxs adınada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 8(051)-225/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, ərizə, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmama müddətini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxs barəsində inzibati tənbeh tədbiri kimi cərimə tətbiq olunmasının inzibati tənbehin məqsədi baxımından lüzumsuz olması qənaətinə gələrək, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə, Şəxs əməlindəki inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 13 avqust 2025-ci il tarixdən saat 18:35-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-552/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-552/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver