Məhkəmə qərarları › İş №3(051)-555/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-555/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-555/2022 02.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X1, Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X10, Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X6 Zərərçəkmiş şəxslər: X8, X3, Mingəçevir Mingəçevir şəhər MKMİB-in nümayəndəsi X9 Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə xx.xx.1983–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, evli, Mingəçevir şəhəri ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs müxtəlif vaxtlarda-xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Mingəçevir şəhər Günəşli bağ massivində 5 ədəd kabel, 1 ədəd taxta qapı, 2 ədəd taxta pəncərə, 4 ədəd plastik boru vəs oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsindən yeraltı yağış sularını örtən bir ədəd quyu qapağının oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Şəfa bağ massivi 4-cü küçədən 2 ədəd şivetler və dəmir boru oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 2 ədəd kanalizasiya quyu qapağının oğurlamaqla və xx.xx.2022-ci il tarixli MN 13644859 saylı inzibati xəta haqqında protokol üzrə Mingəçevir şəhər “Xəyal” kafesindən oğurluq etməklə, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şəxs izahatında göstərdi ki, oğurluğu ehtiyacı olduğu üçün etmişdir. Əməlindən peşmandır. Odur ki, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X11 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs müxtəlif vaxtlarda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsindən yeraltı yağış sularını örtən bir ədəd quyu qapağını oğurlamışdır. Odur ki, onun barəsində müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X2 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhəri, N.Nərimanov küçəsindən iki ədəd kanalizasiya quyu qapağını oğurlamışdır. Odur ki, onun barəsində müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X16 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs müxtəlif vaxtlarda xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Günəşli bağ massivində bağ sahəsindəki 5 ədəd kafel, 1 ədəd taxta qapı, 2 ədəd taxta pəncərə, 4 ədəd plastik boru və sair, xx.xx.2022-ci il tarixdə “Şəfa” Bağ massivi 4-cü küçədə yerləşən evdən 2 ədəd şivetler və 2 ədəd dəmir boru və xx.xx.2022-ci il tarixdə “Xəyal” kafesinin yanında yerləşən bağdan dəmir materiallar, elektron tərəzi və sair oğurlayaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla bağlı ayrı-ayrı vaxtlarda polis şöbəsinə qaynar xəttə məlumat daxil olmuşdur. Odur ki, onun barəsində müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs məhkəmə iclasında maddi vəziyyətinin çətin olduğundan və ehtiyacı olduğundan inzibati xətaları törətdiyini, peşman olduğunu səmimi etiraf etdi və bir də belə bir hərərkətə yol verməyəcəyinə söz verdi. Zərərçəkmiş şəxs Mingəçevir şəhər MKMİB-in nümayəndəsi X12 məhkəmə iclası zamanı izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsindən yeraltı yağış sularını örtən 1 ədəd quyu qapağını və xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 2 ədəd kanalizasiya quyu qapağını oğurlamaqla təmsil etdiyi hüquqi şəxsə maddi ziyan vurduğunu və məhkəmədən müvafiq cəzanın verilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər X13 və X7 məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ilə barışdığını, buna görə də həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 227.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi icra məmurunun izahatı, özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-555/2022 saylı inzibati işlərə eyni vaxtda baxılması haqqında qərardadına əsasən Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-555/2022 saylı, 3(051)-556/2022 saylı, 3(051)-558/2022 saylı, 3(051)-559/2022 saylı və 3(051)-557/2022 saylı inzibati işlər, 3(051)-555/2022 nömrə ilə qeydiyyata alınmışdir. Şəxs xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Mingəçevir şəhər Günəşli bağ massivində 5 ədəd kabel, 1 ədəd taxta qapı, 2 ədəd taxta pəncərə, 4 ədəd plastik boru vəs oğurlamaqla; xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsindən yeraltı yağış sularını örtən bir ədəd quyu qapağının oğurlamaqla; xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Şəfa bağ massivi 4-cü küçədən 2 ədəd şivetler və dəmir boru oğurlamaqla; xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 2 ədəd kanalizasiya quyu qapağının oğurlamaqla; xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Mingəçevir şəhər “Xəyal” kafesindən oğurluq etməklə, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatını, eləcə də digər materialları ilə müəyyən edilir ki, Şəxs müxtəlif vaxtlarda-xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə isə iki dəfə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bununla belə məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM–in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxslər-X13 və X7 məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ilə barışdığını, buna görə də həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahişetdikləri səbəbindən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227.ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli və onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022ci il tarixli MN ******* saylı protokollar üzrə Azərbaycan Respublikası İXM-in 227.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli MN 136495 saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməli və inzibati tənbeh tətbiq edərkən yüngülləşdirən halların olması yəni səmimi peşmançılığı və himayəsində uşaqlarının olması nəzərə alınmasınəzərə alınmalı dır. Belə ki, Azərbaycan Respublikası İXM–in 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs təqsirinin dərəcəsini, şəxsiyyətini və yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, onun barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 34, 39.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə icraata xitam verilsin. Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 60 (altmış) saat ictimai işlər, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 60 (altmış) saat ictimai işlər və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 60 (altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər tam toplanılmaqla, ona qəti olaraq 180 saat ictimai işlər növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar