Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-555/2023 23.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X3, İcra sənədi üzrə borclu: Şəxs, X1 iştirakı ilə xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-905/2020 saylı icra vərəqəsi üzrə yaranmış 5860 manat borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, Mingəçevir şəhər Məhkəməsinin 3(051)-152/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməklə 10 gün müddətinə inzibati həbs olunmuşdur. Bundan sonra borclu sözügedən xətanı 1 il ərzində yenidən törətmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, borclu Şəxs qətnamə üzrə yaranmış 5860 manat borcunu ödəməkdən boyun qaçırmaqla İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmiş və 10 gün inzibati həbs edilmişdir. Eyni əməli 1 i ərzində yenidən törətməklə şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Şəxsin hazırda icra sənədi üzrə borcu 5860 manat təşkil edir. Odur ki, Odur ki, borclu barəsində inzibati xəta haqqında protokola baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-905/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan hər ay hər uşağa 120 manat cəmi 240 manat aliment alınıb tələbkara verilməsi qət edilmişdir. Lakin onun maddi imkanı yaxşı olmadığı üçün hazırkı vaxta qədər borcundan ödəniş edə bilməmişdir. Belə ki əvvəllər işləməmidir. O, may ayında icra və probasiya şöbəsində olmuşdur. O, həmin borcu bir dəfəyə ödəyə bilmir. Ancaq yaranmış aliment borcunu hisə-hissə olaraq ödəyə bilər. Əvvəllər həmin borcdan 1000 manat ödəmək istədi. Lakin borclu razı olmadı. Əgər ona avqusta kimi vaxt verilərsə həmin borcundan ödəniş edəcəkdir. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. X1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-905/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs hər ay hər uşağın saxlanması üçün 120 manat cəmi 240 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Borclu icra vərəqəsini icra etməkdən qəsdən yayınır. İcra sənədi uzun müddət icra olunmamış vəziyyətdə qalmışdır. Borclu bilərəkdən 3 ildir icra sənədinin icrasından yayınır. Dəfələrlə alimentin ödənilməsini tələb etsə də heç bir nəticə olmamışdır. Odur ki, borclu barəsində daha sərt qərar qəbul edilməsini xaiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-905/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs hər ay hər uşağın saxlanması üçün 120 manat cəmi 240 manat aliment tutulub X1na verilməsi qət edilmişdir.. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 3(051)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməklə 10 gün müddətinə inzibati həbs olunmuşdur. Elektron sistemdən sorğu əsasında əldə edilmiş arayışdan görünür ki, sözügedən işlə bağlı şikayət verilməmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İşdə olan 23 iyun 2023-cü i tarixli MN ******* saylı protokoldan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-905/2020 saylı icra vərəqəsi üzrə yaranmış 5860 manat məbləğində aliment borcu Şəxs tərəfindən 1 il ərzində yenidən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatlarını, eləcə də icra işinin materiallarının tədqiqi nəticəsində müəyyən etdi ki, Şəxs Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-905/2020 saylı qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz Məhkəmə hesab edir ki, şəxsin əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 iyun 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-555/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-555/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver