Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-556/2020 21.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi X8 və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxs İcra sənədi üzrə tələbkar: X2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ağdam rayonu Gülablı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 mənzil 35 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2002-ci il təvəllüdlü Elgün və xx.xx.2004-cü il təvəllüdlü Əsmər adlı uşaqların saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar X8 və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. X8 və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi ilə cavabdeh Şəxs xx.xx.2002-ci il təvəllüdlü Elgün və xx.xx.2004-cü il təvəllüdlü Əsmər adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 80 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan aliment borcu 2160 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman borclu tələbkarın hebanına borcundan 1480 manat ödəniş etmişdir. Hazırda onun 700 manat borcu qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, borclu təyin edilmiş aliment borcunu ödəməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Bununla belə hazırda Şəxs borcundan 1480 manat ödəmiş və onun 700 manat borcu qalmışdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi ilə ondan xx.xx.2002-ci il təvəllüdlü Elgün və xx.xx.2004-cü il təvəllüdlü Əsmər adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 80 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda isə borcundan 1480 manat ödəmiş və onun 700 manat borcu qalmışdır. Onu da qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhəri N.Nərimanov küçəsi 19/1 saylı evin 45 saylı mənzili və Mingəçevir şəhəri M.Əzizbəyov küçəsi 3 A saylı evin 1/3 hissəsi onun, 2/3 hissəsi isə X2 payı müəyyən edildiyinə görə aliment borcu ilə əlaqədar qalıq borcunun onun payına düşən əmlakına yönəldilməsinə etiraz etmir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2002-ci il təvəllüdlü Elgün və xx.xx.2004-cü il təvəllüdlüƏsmər adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 80 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X3 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 19/1 saylı evin 45 saylı mənzili və Mingəçevir şəhəri M.Əzizbəyov küçəsi 3 A saylı evin 1/3 hissəsi Şəxs, 2/3 hissəsi isə X2 payı müəyən edilməsi qət edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə yığılmış 2160 manat aliment borcundan 1480 manatını ödəmiş, qalıq borcunun isə onun payına düşən əmlakına yönəldilməsinə etiraz etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi : Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-556/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-556/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver