Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-558/2020 20.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X8 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs (tələbkar) X1 etibarnamə üzrə nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 47 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim : Mingəçevir şəhər məhkəməsinin 2(051)-1258/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədi ilə X2 yaranmış 5000 manat pul və ödənilmiş dövlət rüsumu kimi 30.40 manat pulu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1258/2019 №li xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan 5000 manat pul və ödənilmiş dövlət rüsumu kimi 30.40 manat pul alınıb tələbkar X2 verilməlidir. Hazırda qeyri rəsmi fəhlə işləyir, ancaq borcunu ödəməyə imkanı yoxdur. Borcunu ödəyəcəkdir. Zərərçəkmiş şəxs (tələbkar) X1 etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1258/2019 №li xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən Şəxs 5000 manat pul və ödənilmiş dövlət rüsumu kimi 30.40 manat pul alınıb tələbkar X2 verilməlidir. Fəqan həmin borcdan bu vaxta kimi heç bir ödəniş etməyib. Şəxs hər dəfə ona borcunu hissə-hissə ödəyəcəyini vəd etsə də, borcunu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Halbuki Şəxs borcunu ödəməyə maddi imkanı var. Borcun ödənilməsini xahiş edir. Əks halda Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Şəxs Mingəçevir şəhər məhkəməsinin 2(051)-1258/2019 №li xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan 5000 manat pul və ödənilmiş dövlət rüsumu kimi 30.40 manat pul alınıb tələbkar X2 verilməlidir. Borclu Şəxs icra sənədinin icra etməməsinin hüquqi nəticələri dəfələrlə izah edilmiş, lakin o, bu vaxtadək heç bir ödəniş etməmişdir. Şəxs icra sənədini icra etməkdən boyun qaçırdığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs əməlini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-558/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-558/2020
20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver