Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-558/2021 05.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X10 Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1958–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbayjan Respublikası vətəndaşı, ali təhsilli, Mingəçevir şəhəri İcra Hakimiyyəti Başcısının Memarlıq və tikinti şöbəsinin müdiri, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 394-1.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir ŞİH tərəfindən Mingəçevir şəhəri Samux küçəsində “xxxx” MMC-ə anbar binasının tikintisinə icazə verilmiş, Lakin sənədlər 3 iş günü müddətində Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmiş və barəsində 04.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mingəçevir ŞİH tərəfindən Mingəçevir şəhəri C.Əliyev küçəsində X1 obyektinin tikintisinə icazə verilmiş, lakin sənədlər 3 iş günü müddətində Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmiş və barəsində 04.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Mingəçevir ŞİH tərəfindən Mingəçevir şəhəri Təbriz küçəsində X3 ticarət obyektinin tikintisinə icazə verilmiş, lakin sənədlər 3 iş günü müddətində Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmiş və barəsində 04.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Mingəçevir ŞİH tərəfindən Mingəçevir şəhəri M.V.Vidadi küçəsində X2 obyektinin tikintisinə icazə verilmiş, lakin sənədlər 3 iş günü müddətində Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmiş və barəsində 04.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Mingəçevir ŞİH tərəfindən Mingəçevir şəhəri Naxçıvan və Natavan küçələrinin kəsişməsində X6 ticarət obyektinin tikintisinə icazə verilmiş, lakin sənədlər 3 iş günü müddətində Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmiş və barəsində 04.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Mingəçevir ŞİH tərəfindən Mingəçevir şəhəri Samux küçəsində X8 tələbə yataqxanasının binasının tikintisi ilə bağlı icazə verilmiş, lakin sənədlər 3 iş günü müddətində Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmiş və barəsində 04.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Mingəçevir ŞİH tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 380 ünvanda”Asan həyat” kompleksinin istismarına icazə verilmiş, lakin sənədlər 5 iş günü müddətində Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmiş və barəsində 04.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, ünvan 3 ünvanında X7 iaşə obyektinin tikintisinə icazə verilmiş, lakin sənədlər 3 iş günü müddətində Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmiş və barəsində 04.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02.09.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)-553/2021 saylı, 3(051)-554/2021, 3(051)-555/2021, 3(051)-556/2021, 3(051)-557/2021, 3(051)-558/2021, 3(051)-559/2021, və 3(051)- 560/2021 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-560/2021 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş 04.06.2021-ci il tarixli MN ******* saylı, 04.06.2021-ci il tarixli MN 04410318 saylı, 04.06.2021-ci il tarixli MN 0410347, 04.06.2021-ci il tarixli MN 0410347, 04.06.2021-ci il tarixli MN 0410345, 04.06.2021-ci il tarixli MN 0410320, 04.06.2021-ci il tarixli MN 0410317, 04.06.2021-ci il tarixli MN 0410316, saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-553/2021 saylı, 3(051)-554/2021, 3(051)-555/2021, 3(051)-556/2021, 3(051)-557/2021, 3(051)-558/2021, 3(051)-559/2021, və 3(051)- 560/2021 saylı inzibati işlər 3(051)-560/2021 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-558/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-558/2021
05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver