Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-56/2024 14.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif oğlunın, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Xanlar rayonu Samux kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan alınaraq tələbkara verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Bu hərəkətləri ilə Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər məhkəməsinin 3(051)-524/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs Mingəçevir şəhər məhkəməsinin 3(051)-524/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından apllyasiya şikayəti vermişdir. Şəki Apellyasiya məhkəməsinin 3(107)-358/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-524/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərarı ləğv edilmiş, nzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və borcluya məlumat verilməsinə baxmayaq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, tələbkar və borclu öz aralarında razılığa gəldiyindən inzibati xəta haqqında protokola xitam verilməsinə etiraz etmir. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlıyaraq bildirmişdir ki, xx.xx.2024-cü ildə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, borclu Şəxs ona olan borcundan 500 manat ödədiyini, hər ay qalıq borcdan 300 manat ödəməyi öhdəsinə götürdüyünü bildirərək şikayəti və tələb olmadığından inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1908/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra ödənişinin 4545 manat məbləğində borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 4080 manat məbləğində pulun, 300 manat vəkil xərci, 100 manat notariat xərci və dövlət rüsumu kimi ödənilmiş 65 manatın alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan xx.xx.2022-ci il tarixli 2(051)-1908/2022 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs icra vərəqində göstərilən ünvan 2 ünvanında ona məxsus qanunla tələbin üzərinə yönəldilə bilinəcəyi əmlakı aşkar edilməmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Babayevin icraatına daxil olmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1908/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır. Beləliklə, borclunun izahatı, icra məmurunun məhkəməyə təqdim etdiyi məktubdan, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, yəni borcunu maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilməmiş və xüsusən icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. Belə ki, iş materialları araşdırılarkən müəyyən olundu ki, borclu icra sənədi üzrə yaranmış borcundan tələbkara 500 manat ödəniş etmiş qalıq borcun hissə-hissə ödənilməsi ilə bağlı tələbkar və borclu arasında razılaşma əldə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından borclu X5 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və borclunun izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və borcun ödənilməsi ilə bağlı təqdim etdiyi qəbzi, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-56/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-56/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver