Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-560/2021 17.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, xx xxxxxx 1958-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan RespublikasınınDövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən ünvan 2 ünvanında X1 iaşə obyektinin tikintisinə icazə verilmiş, lakin sənədlər Reyestrə daxil edilməsi üçün 3 iş günü müddətində Komitəyə təqdim edilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, həqiqətən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikintisinə, istismarına icazə verilən, həmçinin məlumatlandırma icraatı həyata keçirilən tikinti obyektlərinə dair sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi ona rəsmi olaraq həvalə edilmişdir. Lakin iş qrafikinin yoğunluğu çox olmasına görə aktda qeyd olunan obyektlər barədə sənəd və məlumatları Tikintilərin Dövlət Reyestrinə 19.05.2021-ci il tarixədək təqdim edə bilməmişdir. Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Lakin iş materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsinə göndərdiyi 107 nömrəli 02 iyun 2021-ci il tarixli məktubundan görünür ki, sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməsi üzrə məsul şəxs kimi 01.01.2017-ci ildən hazırki dövrədək Şəxs Ağəli oğlu təyin edlmişdir. Buradan da göründüyü kimi Şəxs vəzifəli şəxsdir. Ona görə də o, vəzifəli şəxs qismində inzibati tənbehə tabe tutulmalıdır. Azərbaycan Respublikası İXM-in 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən haldır, inzibati xətanı ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-560/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-560/2021
17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver