Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-560/2023 02.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu Məhkəmə iclas katibi X1 Mingəçevir şəhər PŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru polis baş serjantı X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Rusiya Federasiyası Dnepetrovski vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonu, Yuxarı Qapanlı Ərazi Dairəsi, Qazyan kəndində qeydiyyatda olan və Mİngəçevir şəhəri, Günəşli qəsəbəsi küçə 14, ev 57 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 09:37 radələrində “Opel Astra” markalı, **-BR-*** nömrə nişanlı avtomobillə reyd zamanı saxlandığı vaxt avtomobili sərxoş vəziyyətdə, işıq cihazlarından istifadə qaydalarını pozduğu aşkar olunmuşdur. Məhkəmədə Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, nəqliyyat vasitələrini idarə etmək hüququ var. xx.xx.2023-cü il tarixdə “Opel Astra” markalı, **-BR-*** nömrə nişanlı avtomobili idarə edərkən sərxoş olmamışdır. Bildirdi ki, həmin gündən qabaq təxminənq 20 saat çox qabaq o spirtli içki qəbul etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul etməmişdir. Yoxlama zamanı onun sərxoşluq dərəcəsi 0,3% promillidən aşağı olmuşdur. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində olan inzibati xəta üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Mingəçevir şəhər PŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru polis baş serjantı X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər ərazisində reyd keçirərkən təxminən saat 09:37 radələrində “Opel Astra” markalı, **-BR-*** nömrə nişanlı avtomobili saxlamışlar. Atomobilin sürücüsünün ağzından spirtli içki iüi gəldiyi səbəbdən onu sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə dəvət etmişlər. Şəxs da buna etiraz etməmişdir. Müayinə zamanı Şəxs yüngül dərəcədə sərxoş olması (0,18 mqlt- 0,4 % promil) müəyyən edilmişdir. Ona görədə barəsində inzibati protkol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitələrinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, “Opel Astra” markalı, **-BR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılması üçün duracağa yerləşdirilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Şəxs məxsus olan “Opel Astra” markalı, **-BR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X2 tərəfindən Mingəçevir ŞPŞ-nin cərimə meydançasından təhvil alınmışdır. İş materiallarında olan «Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə» 66 nömrəli, xx.xx.2023-cül il tarixli protokoldan görünür ki, Şəxs üzündə olan əlamətlərə və ağzından kəskin spirtli içki qoxusu gəldiynə görə tibbi müayinəyə göndərilmişdir. İş materiallarında olan 1053 nömrəli xx.xx.2023-cü il tarixli «Sərxoşluq vəziyyətinin tibbi müayinə»si Aktından görünür ki, müayinə zamanı Şəxs yüngül dərəcəli sərxoş (0,18 mqlt-0,4 % promil) olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş video çəkilişdən görünür ki, müayinə zamanı Şəxs yüngül dərəcəli sərxoş (0,18 mqlt-0,4 % promil) olması müəyyən olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 09:37 radələrində “Opel Astra” markalı, **-BR-*** nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə iştirak edən şəxslərin ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Şəxs özünü təqsirli bilməməsini məhkəmə özünü müdafiə üsulu kimi qiymətləndrir və onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş, «Sərxoşluq vəziyyətinin tibbi müayinə»si Aktı və Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə» protokolu və məhkəmədə nümayəiş etdirilmsiş video çəkilişlə təkzib olunur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddələrinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ju maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-560/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-560/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver