Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-561/2022 03.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980–cı il tarixdə Ağdam rayonu, Əliağalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Əlimədətli ərazi dairəsi, Əliağalı kəndində qeydiyyatda olan və Mİngəçevir şəhəri, Qres qəsəbəsi, 3 saylı qaçqın qəsəbəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclası zamanı oz izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ərazisində Ford markalı **-RR-*** dövlət qeydiyyatlı avtomaşınla hərəkət edərkən polis şöbəsinin qarşısından küçən zaman yüksək səslə musiqi oxudaraq ictimai asayışı pozmuşdur. Onları nizam-intizama dəvət etsək də, polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. Biz sonradan həmin şəxsləri şöbəyə gətirdik və həmin şəxslərin xx.xx.2000-ci il təvəllüdlü X6, xx.xx.1989-cu il təvəllüdlü X7 və xx.xx.2000-ci il təvəllüdlü Şəxs müəyyən edildi. Bundan sonra o çağırılmış, ona məlumatlar verilmiş və Şəxs olduğu məlum olmuşdur və barələrində AR İXM 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ərazisində Ford markalı **-RR-*** dövlət qeydiyyatlı avtomaşınla hərəkət edərkən polis şöbəsinin qarşısından keçən polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt yüngül sərxoşluğu olmuşdur, ancaq o, ictimai asayişi pozaraq mahnıya yüksək səslə qulaq asmamışdır və polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmişdir. Həmin saatda o Mədətlə birlikdə qohumunun evinə paltar götürmək üçün getdiyi halda, heç bir qaydanı pozmadığı təqdirdə polis əməkdaşları onları saxlamışdır və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı əsası ilə onu polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında iştirak edən şahid polis baş serjantı X5 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti küçəsi ərazisində Ford markalı **-RR-*** dövlət qeydiyyatlı avtomaşınla hərəkət edərkən polis şöbəsinni qarşısından küçən zaman yüksək səslə musiqi oxudaraq ictimai asayışı pozmuşdur. Sürücüyə yaxınlaşanda sərxoş olduğu hiss olunmuş, onu tibbi müayinədən keçirmək istəyəndə isə sürücü bizə mane olmağa və mübahisə etməyə başlamışdır. Onu nizam intizama dəvət etsək də, qanuni tələblərimizə tabe olmamağa başladı. Daha sonra biz sürücünü ŞPŞ-nə gətirdik. Məhkəmə iclasında iştirak edən şahid polis baş serjantı X4 oz ifadəsində digər şahidin verdiyi ifadə ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclasında iştirak edən şahid polis serjantı X2 oz ifadəsində digər şahidin verdiyi ifadə ilə eyni məzmunda ifadə verdi. xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2022-ci il tarixli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmaması barədə inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətaların qarşısını almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 02:10–da inzibati qaydada tutulmuşdur. “Sərxoşluq vəziyyətini bütün növlərinin təyini məqsəd ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati məsuliyyətə cəlb etməyə əsas verən inzibati xəta hadisəsi yoxdur. Məhkəmə protokolda tərtib edilmiş hallara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, protokolda qeyd edilən və fiziki şəxsin polis məmuru tərəfindən saxlanmasına səbəb olan “xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ərazisində Ford markalı **-RR-*** dövlət qeydiyyatlı avtomaşınla hərəkət edərkən polis şöbəsinin qarşısından keçən zaman yüksək səslə musiqi oxudaraq ictimai asayışı pozma” halı İnzibati Xətalar Məcəlləsinin 521-ci “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” maddəsində əks olunmuşdur. Ancaq inzibati xəta haqqında iş üzrə icraatda bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.
12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, bu barədə inzibati xəta hadisəsi sübut növü olan inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadığından borcu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, və inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs ictimai asayişi pozmasına aid hərhansı sübut təqdim olunmamışdır. Odur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə tabe olmamasına dair heç bir əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Elza Cəbrayılzadə