Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-563/2024 30.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 X1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Ağdaş rayonu Şıxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-293/2024 saylı icra vərəqəsi üzrə yaranmış 8200 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-293/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iş üzrə borclular Şəxs, X5 və Bəkirova (Cəfərova) Tehranə Zəhmət qızından müştərək qaydada adları icra sənədində qeyd olunan cehiz əşyaları, naturada, qətnamə icra olunan vaxt mövcud olması və yaxud yararsız vəziyyətdə olarsa, həmin əşyaların dəyəri alınıb X6 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu 2000 manat məbləğini ödəməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman borclu borcunu tam olaraq ödəniş etmişdir. Odur ki, protokolun dəlillərini müdafiə etdi və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-293/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iş üzrə borclular Şəxs, X5 və Bəkirova (Cəfərova) Tehranə Zəhmət qızından müştərək qaydada adları icra sənədində qeyd olunan cehiz əşyaları, naturada, qətnamə icra olunan vaxt mövcud olması və yaxud yararsız vəziyyətdə olarsa, həmin əşyaların dəyəri alınıb X6 verilməsi qət edilmişdir. Hazırda o, borcunu tam ödəmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. X3 izahatında göstərdi ki, borclu borcunu tam olaraq ödəmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-293/2024 saylı icra vərəqəsindən görünür ki, iş üzrə borclular Şəxs, X5 və Bəkirova (Cəfərova) Tehranə Zəhmət qızından müştərək qaydada adları icra sənədində qeyd olunan cehiz əşyaları, naturada, qətnamə icra olunan vaxt mövcud olması və yaxud yararsız vəziyyətdə olarsa, həmin əşyaların dəyəri 2000 manat alınıb X6 verilməsi qət edilmişdir. İşdə olan qəbzlərdən görünür ki, borclu 2000 manat borcunu hər dəfə 1000 manat olmaqla, iki dəfəyə ödəmişdir. Beləliklə, tələbkarın və borclunun izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsnin qeyd hissəsində müəyyən olunmuşdur ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Ona görə də məhkəmə hesab edir ki, borclu Şəxs borcunun tam olaraq ödədəiyi üçün məsuliyyətdən azad olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-563/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-563/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver