Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-564/2025 21.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, H.Əliyev küçəsi ev 10-da yaşayan(FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Ağdam rayon Məhkəməsinin 2(013)-731/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 10120 manat pulun X3 ödənilməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və həmin icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Ağdam rayon Məhkəməsinin 2(013)-731/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10000 manat məbləğində pul və ödənilmiş 120 manat dövlət rüsumu alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Lakin borclu tərəfindən qeyd olunan icra vərəqəsi icra edilməmiş, ödəniş təmin edilməmiş və icra vərəqəsi üzrə cəmi 10120 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-353/2025 xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də, hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, ailəlidir və himayəsində yetkinlik yaşına çatmayan uşaqları vardır. İcra sənədinin icrasından boyun qaçırmır, lakin hazırda işləmir və maddi imkanı yoxdur ki, borcunu birdəfəlik ödəsin. Hazırda elə bir əmlakı da yoxdur ki, satıb tələb olunan borcunu tam şəkildə ödəsin. Maddi imkanının aşağı olduğunu nəzərə alaraq inzibati protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahat verərək bildirdi ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-731/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs cəmi 10000 manat pul tutularaq ona verilməlidir. Lakin borclu icra sənədi üzrə tələbi yerinə yetməmiş və ona pul ödəməmişdir. Odur ki, Şəxs barəsində sərt inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar: İş materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-731/2024 saylı icra vərəqəsi üzrə yaranmış 10120 manat borcu ödəməmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 731/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 10000 manat və ödənilmiş 120 manat dövlət rüsumu tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 731/2024 saylı icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-731/2024 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. İş materiallarında olan borclu Şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-731/2024 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixli 195144/3-10 saylı inzibati xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-353 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Şəxs Mingəçevir şəhər İcra və Probasiya şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, borcu ödəyə bilməməyinin səbəbi kimi imkansız olduğunu göstərmişdir. Məhkəmənin gəldiyi nəticə: Beləliklə, məhkəmə icra orqanının nümayəndəsinin, borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən etdi ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-731/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 10000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun ödənilməsi üçün icrasından qəsdən boyun qaçırmış, İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Hətta məhkəmə hesab edir ki, Şəxs izahatında qeyd etdiyi halları da(“işsiz olması”, “maddi imkanının aşağı olması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, borclu Şəxs himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqların olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını, daha ağır inzibati tənbehin tətbiq olunmasının himayəsində olan uşaqların mənafeyinə mənfi təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-564/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-564/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver