Məhkəmə qərarları › İş №3(051)-565/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-565/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-565/2022 16.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Qərarından şikayət verilmiş Mingəçevir şəhəri Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 iştirakı ilə, X1 şəhəri Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Mingəçevir şəhəri Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat miqdarda inzibati cərimə edilmişdir. X7 həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş X5 məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. X7 şikayətində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 14:05-14:10 radələrində özünə məxsus **-RS-*** dövlət qeydiyyat nişanlı «Opel Astra” minik markalı avtomobillə Mingəçevir şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən Yol Patrul Xidməti avtomobili saxlamaq əmri verdi. Yol polisi əməkdaşı Ülvi Paşabəyli ona yaxınlaşdı və yol hərəkəti qaydasını pozduğunu bildirdi. O isə yol hərəkəti qaydasını pozmasını təsdiqləyən videogörüntüyə baxmaq istədiyini qeyd etdi. Ülvi Paşabəyli həm təhlükəsiz şəhər kamerası vasitəsilə, həm də avtomobildə olan kamera vasitəsilə pozuntunun qeydə alındığını qeyd edəndə o, tələsdiyini, əgər həqiqətən də yol hərəkəti qaydasını pozmuşdursa, videogörüntünün eketron sistemə yerləşdirilməsini, barəsində qərar qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Bu zaman avtomobildə əyləşən adını bilmədiyi yol polis əməkdaşı avtomobildən enərək aqressiv şəkildə ona nalayiq ifadələr işlətmiş, videogörüntünü ona göstərməmişdir. Yol polis əməkdaşı barəsində dərhal qərar qəbul edərək qərarı ona verdi və o da avtomobilinə əyləşərək hərəkətinə davam etdi. Sözügedən xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarla razı deyil. Ona görə də Mingəçevir şəhəri Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati qərarının ləğv edilməsi xahiş olunur. Mingəçevir şəhəri Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X6 məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdə **-RS-*** dövlət qeydiyyat nişanlı «Opel Astra” minik markalı avtomobil Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun tərəfindən saxlanılmışdır. Belə ki, Yelmar Qafarlı **-RS-*** dövlət qeydiyyat nişanlı «Opel Astra” minik markalı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, onun barəsində sözügedən inzibati xətanı törətməsi ilə əlaqədar protokol tərtib edilmiş və müvafiq olaraq qərar çıxarılmışdır. Y.Qafarlının **-RS-*** dövlət qeydiyyat nişanlı «Opel Astra” minik markalı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsini sübut edən videogörüntünü məhkəməyə təqdim etmişdir. Onun tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati qərar qanuni və əsaslıdır. Ona görə də X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş edir. İnzibati materiala əlavə olunmuş Mingəçevir şəhəri Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X6 tərəfindən tərtib edilmiş İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X7 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə olunmuş Mingəçevir şəhəri Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 inzibati tənbeh vermə haqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X7 yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-nin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat cərimə olunmuşdur. İnzibati materiala əlavə olunmuş CD diskdə olan videogörüntüdən görünür ki, X7 **-RS-*** dövlət qeydiyyat nişanlı «Opel Astra” minik markalı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. İş materialını araşdırıb, CD diskdə olan videogörüntünü nəzərdən keçirərək hesab edirəm ki, şikayət təmin olunmamalı, X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilməsi barədə Mingəçevir şəhəri Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Y.Qafarlı idarə etdiyi **-RS-*** dövlət qeydiyyat nişanlı «Opel Astra” minik markalı avtomobillə Mingəçevir şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Bu səbəbdən də barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh olan 40 manat inzibati cərimə olunmuşdur. Yelmar Qafarlı öz tələbini əsaslandıran heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən qərardan şikayət əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 şikayəti təmin olunmasın. X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilməsi barədə Mingəçevir şəhəri Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar