Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-565/2024 25.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Kərimli Məhəmmədziya Əli oğlunun katibliyi, Mingəçevir ŞPŞ İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 12/1, mənzil 2 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri S. Vurğun küçəsində saat 18:00 radələrində polis əməkdaşları profilaktik söhbət üçün şöbəyə dəvət edərkən, qərəzli mübahisə yaratmış və polis əməkdaşlarını qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Mingəçevir ŞPŞ İTB-nin sahə rəisi X6 məhkəmə iclası zamanı verdiyi izahatında protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri S. Vurğun küçəsində saat 18:00 radələrində polis əməkdaşları profilaktik söhbət üçün şöbəyə dəvət edərkən, qərəzli mübahisə yaratmış və polis əməkdaşlarını qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, özünü təqsirli bilmir. Onu orada qayı deyil, rəisin sürücüsü saxlamışdır. Maşının duracağı saxlanması barədə heç bir söz deyilməmişdir. Bununla 2-ci dəfədir ki, onu rəisin sürücüsü saxlayır. O, aparılmasının səbəbini soruşmuşdur. Bu zaman onu söyməyə və döyməyə başlamışdır. Onu döymüşlər. Hətta olan izlər gözlə görünəcək dərəcədədir. O, polisə heç bir müqavimət göstərməmişdir. O, sadəcə yerində dayanmışdır. O, avtomobilin konstruksiyasında heç bir dəyişiklik etməmişdir. Avtomobili aldığı 2 gün idi. Odur ki, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X3 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, onlar S.Vurğun dairəsində maşın saxlamışdılar. İnspektor 07 markalı maşını saxladı. Sürücü dedi ki, “mən belə maşın sürən deyiləm. Düzəldəcəm.” Bundan sonra söylədi ki, “bu maşın gedə bilməz. Mən şöbənin altını üstünə çevirərəm.” Bundan sonra Post Patrulu çağırıb şöbəyə dəvət etdilər. Tabe olmurdu və gəlmək istəmirdi. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X4 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, S.Vurğun küçəsində market qarşısında başqa bir avomobili baxış keçirirdilər. Bu vaxt Şəxs idarə etdiyi avtomobili gördülər. Avtomobili saxladılar və arxa tərəfində konstruksiyasında dəyişiklik edildiyini bildirdilər. Sürücü onlara heç bir dəyişiklik olmadığını bildirsə də, gözlə görünürdü ki, avtomobilin arxa tərəfində dəyişiklik olmuşdur. Sonra onlardan biri dedi ki, “bilirəm bundan sonra necə olacaqdır”. Məcbur qalıb onları post patrulla şöbəyə dəvət etdilər. Rəisin sürücüsü onlara deyilən sözlərdən sonra etiraz etməyə başladı. Çünki onlar deyirdilər ki, “Şöbəni başınıza uçurdacayıq. Bundan sonra biz bilirik nə edəcəyik”. Orada ictimai yerdir. Market qarşısında bir yerdir. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X1 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, S.Vurğun-da 07 markalı avtomobil saxladılar. Kapitana “biz nələr edərik” tipli sözlər demişdilər. Peredoka görə saxlamışdılar. Şöbəni altını üstünə çevirəciyini söyləmişdilər. Şəxs polisin qanuni tələbinə riayət etməmişdir. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri S. Vurğun küçəsində saat 18:00 radələrində polis əməkdaşları profilaktik söhbət üçün şöbəyə dəvət edərkən, qərəzli mübahisə yaratmış və polis əməkdaşlarını qanuni tələbinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs polis əməkdaşlarını gördükdə etiraz istiqamələri ifadələr işlətmiş, onları hədələmiş, həmçinin onu nizam intizama dəvət etsələr də, onların qanuni tələbinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-565/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-565/2024
25.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver