Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-569/2025 22.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Natiq oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3, zərərçəkmiş şəxslər X4, X5 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Natiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN 2228312, xx.xx.2025-ci il tarixli, MN ******* və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarına görə Şəxs Natiq oğlu müxtəlif vaxtlarda oğurluq edərək özgənin əmlakını talamışdır. Bu hərəkətləri ilə Şəxs Natiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenantı X8 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolların dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Natiq oğlu xx.xx.2025-ci il tarixdə X7 məxsus 500 manat dəyərində 1 ədəd velosiped və 2 ədəd samovar oğurlamış, bundan başqa xx.xx.2025-ci il tarixdə X9 məxsus 250 manat dəyərində 1 ədəd velosipedi yaşayış yerinin blokundan oğurlamış, bundan başqa xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 13 saylı binanın qarşısından X6 məxsus 260 manat dəyərində 1 ədəd velosiped oğurlamışdır. Ona görə onun barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Natiq oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qeyd olunan əməllər onun tərəfindən törədilməmiş, buna görə də xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Natiq oğlunun müdafiəçisi X10 izahat verərək bildirdi ki, Şəxs Natiq oğlu cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda qeyd olunan əməlləri törətdiyini etiraf etsə də, hazırda həmin ittihamları qəbul etmədiyindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər X12 və X11 izahat verərək, Şəxs Natiq oğlunun barəsində inzibati tənbeh növünün tətbiq edilməsi xahiş etdilər. İşdə olan sübutlar: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs Natiq oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN 2228312, xx.xx.2025ci il tarixli, MN ******* və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya yol verdiyinə görə barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən:
85. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.(...) 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərildikdə;
227. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd:
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. AR Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2011-ci il tarixli qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Məhkəmənin mövqeyi: Bir inzibati materialda birləşdirilmiş 3 material üzrə gizli talama ilə ələ keçirilmiş əmlakların hər birinin dəyərinin 100 manatdan yuxarı olduğu və bir talanmış əmlak üzrə binaya daxil olmaqla talanma əlamətləri müəyyən olunur. Qanunun tələbindən göründüyü kimi əmlakın gizli talanması üzrə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildiyi müəyyən edildiyi halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin tərkibi yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Natiq oğlunun əməllərində cinayətin əlamətləri olduğundan iş üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Ona görə də Şəxs Natiq oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tətib olunmuş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şəxs Natiq oğlunun əməllərində cinayət əlamətləri olduğundan material Mingəçevir Şəhər Prokurorluğuna göndərilsin. Şəxs Natiq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə işin icraatına işdə cinayətin əlamətləri olduğundan xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Güləndam Quliyeva