Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-57/2024 29.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, borclu Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri, Yaşar Məmmədzadə adına Stadionun yataqxanasında məskunlaşmış Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-2503/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 2770 manat aliment borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)2503/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 170 manat, cəmi 340 manat məbləğində alimentin tutulub X1na verilməsi qət edilmişdir. Lakin Şəxs aliment borcunu tam ödəməmiş, nəticədə 2770 manat məbləğində aliment borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə sözügedən icra vərəqəsi Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqında bildiriş və xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Şəxs icra sənədini icra etmə vəzifəsi və aliment borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. X1 aliment borcunu tam ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Borclu Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2503/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 170 manat, cəmi 340 manat məbləğində aliment tutulub X1na verilməsi qət edilmişdir. Qətnamə çıxmamış hər ay tələbkarın hesabına pul köçürmüşdür. Qətnamə yeni icraya yönəlib. Bu gün aliment borcundan 50 manat ödəniş edib. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşağı saxlamaqdan boyun qaçırmamışdır. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb aliment borcunu ödəsin. Aliment məhkəməyə müraciət olunduğu vaxtdan tutulduğuna görə bu qədər borcu yaranmışdır. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. X1 məhkəməyə teleqram göndərərək göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2503/2023 saylı tarixli icra sənədinə əsasən ondan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 170 manat, cəmi 340 manat məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Borclu bu günə kimi heç bir ödəniş etməmişdir. Ödədiyi pul çörək pulu olmuşdur. Hazırda borclunun 2770 manat aliment borcu yaranmışdır. Aliment borcun tam şəkildə ödənilməsini tələb edir. Əks halda borcluya qanuni tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2503/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 170 manat, cəmi 340 manat məbləğində aliment Şəxs tutulub X1na verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2503/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər icra və probasiya şöbəsinə daxil olmuşdur. İşdə olan Şəxs xx.xx.2023-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə borclu Əliyev X3 şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edildi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2503/2023 saylı qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi, onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2024–cü il tarixdən saat 10:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-57/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-57/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver