Məhkəmə qərarları › İş №3(051)-570/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-570/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-570/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1995–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə X3 qəsdən döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Mingəçevir ŞPŞ-nin İTB-nin sahə rəisi X4 məhkəmə iclası zamanı tərtib etdiyi protokola uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2023-cü il tarixdə Şəxs X3 yaşadığı evin qapışını yararsız hala salaraq onu döyməklə, xx.xx.2023cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2023-cü il tarixdə Şəxs X3 yaşadığı evin blokunda döyməklə, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz ifadəsində bildirdi ki, 2 il 5 ay əvvəl Vüsalə Əliyeva ilə Mingəçevir şəhər ərazisində tanış olmuşdur. Həmin vaxtdan onunla nikahdan kənar yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində yaşadığı evdən çıxıb Vüsalə Əliyevanın yaşadığı ünvana getmişdir. Vüsalə Əliyevanın yaşadığı binanın blokunun qarşısına çatan zaman orada taksi avtomobilin dayandığını görüb Vüsalə Əliyevaya yaxınlaşaraq ondan hara getməsini soruşan zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək qəsdən yumruqla Vüsalə Əliyevanın üz nahiyyəsinə bir neçə dəfə zərbələr vurmuşdur. Bu zaman sonuncu müvazinətini itirərək yerə yıxılmışdır. Həmin zaman qaçaraq oradan uzaqlaşmışdır. X6 tərəfindən döyülməsi ilə bağlı şikayət etməsini öyrənmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə 18 radələrində qeyri-rəsmi münasibətdə olduğu Vüsalə Əliyevanın yaşadığı mənzilə gələrək təpiklə onun yaşadığı mənzilin giriş qapısını vuraraq qapının üzərində olan gözlüyü sındırmışdır. Vüsalə Əliyeva ona dəymiş ziyanla bağlı yenidən AR DİN-in 102 xidmətinə və ŞPŞ-yə müraciət etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, məhkəmədən izahatında deyilənləri nəzərə alıb inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə 2 il 5 ay əvvəl tanış olmuşdur. Həmin vaxtdan Şəxsla qeyri-rəsmi bir yerdə yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində gözəllik salonuna getmək üçün yaşadığı mənzildən çıxaraq blokun pilləkənləri ilə aşağı düşmüşdür. Yaşadığı binanın blokunun qarşısında sifariş etdiyi taksi avtomobilinin sağ arxa qapısını açıb avtomobilə əyləşən zaman Şəxs arxa tərəfindən yaxınlaşaraq başının arxa hissəsindən, saçından tutaraq avtomobilə əyləşməyə imkan verməmişdir. Şəxs yumruqla onun başının arxa hissəsinə və sifət nahiyyəsinə zərbələr vurmağa başlamışdır. Bu zaman zərbələrin təsirindən aşağı əyilmiş, Şəxs yenidən üz nahiyyəsinə zərbələr vurmuşdur. Sonra Şəxs qaçıb oradan uzaqlaşmış, bundan sonra Şəxs tərəfindən döyülməsi ilə bağlı AR DİN-in 102 xidmətinə və ŞPŞ-yə müraciət etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə 18 radələrində yaşadığı mənzildə olan zaman qeyrirəsmi münasibətdə olduğu Şəxs yenidən onun yaşadığı ünvana gələrək orada səs-küy salaraq nəlayiq ifadələr işlədərək təpiklə onun yaşadığı mənzilin giriş qapısını vuraraq qapının üzərində olan gözlüyü sındırmışdır. O, Şəxs onun əmlakına vurduğu ziyanla bağlı AR DİN-in 102 xidmətinə və ŞPŞ-yə müraciət etmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən izahatında deyilənləri nəzərə alıb işin icraatına xitam verilməsini xahiş edir. Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi icra məmurunun izahatı, özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 570/2023 saylı inzibati işlərə eyni vaxtda baxılması haqqında qərardadına əsasən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-570/2023 saylı, 3(051)- 571/2023 saylı inzibati işlər, 3(051)-570/2023 nömrə ilə qeydiyyata alınmışdir. İşdə olan 04 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 04 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs hərəkətlərində İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və PA Birliyinin xx.xx.2023-cü il tarixli, 386 saylı rəyində göstərilmişdir ki, X2 tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: sağ bud və sağ said nahiyyələrində qançırlar, küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və PA Birliyinin xx.xx.2023-cü il tarixli, 500 saylı rəyində göstərilmişdir ki, X2 tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: sol qulaq sırğalarında və sol çənə nahiyyəsində qançırlar, küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, X7 ilə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini nəzərə alaraq məhkəmə hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 48–50, 53, 106, 112, 114, 117 və 128–130-cu maddələrini rəhbər tutub Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar