Məhkəmə qərarları › İş №3(051)-570/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-570/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-570/2025 22.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir Şəhər Polis Şöbəsinin nümayəndəsi X1, Zərərçəkmiş şəxslər X7 və X11 qanuni nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bundan əlavə, Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bundan əlavə, Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X13 məxsus 276 manat dəyərində olan velosipedi yaşayış yerinin blokundan oğurlamış, həmçinin xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri Maqomayev küçəsi ev 54, mənzil 2də yerləşən binanın girişində X4 məxsus 400 manat dəyərində velosipedi və xx.xx.2025ci il tarixdə şəhərin 20 Yanvar küçəsi 13 saylı binanın qarşısında X8 məxsus 260 manat dəyərində velosipedi oğlurlamışdır. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər polis şöbəsinin nümayəndəsi X9 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X13 məxsus 276 manat dəyərində olan velosipedi yaşayış yerinin blokundan oğurlamış, həmçinin xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri Maqomayev küçəsi ev 54, mənzil 2də yerləşən binanın girişində X4 məxsus 400 manat dəyərində velosipedi və xx.xx.2025ci il tarixdə şəhərin 20 Yanvar küçəsi 13 saylı binanın qarşısında X8 məxsus 260 manat dəyərində velosipedi oğlurlaması haqqında protokol tərtib edilmişdir. Etiraf edir ki, Mingəçevir şəhərində müəyyən ərazilərdən bir neçə velosiped oğurlasa da hal-hazırda təqsirli bilindiyi oğurluq əməllərindən hansı birini etdiyini dəqiq xatırlamır. Ona görə də barəsində tərtib edilən inzibati protokollar üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 bildirdi ki, müdafiə etdiyi şəxs özüdə bu əməllərin onun tərəfindən törədilmədiyini qeyd edir. Ona görə də hesab edir ki, onun bu işlə bağlı təqsiri yoxdur, Çünki araşdırma tam aparılmamışdır. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı bildirdi ki, ona məxsus olan velosiped yaşadığı binanın girişindən oğurlanmış və ona maddi ziyan dəymişdir. Ona görə də ona dəymiş ziyanın ödənilməsini tələb edir və qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X11 qanuni nümayəndəsi X5 vasitəsi ilə məhkəmə iclası zamanı bildirdi ki, ona məxsus olan velosiped yaşadığı binanın girişindən oğurlanmış və ona maddi ziyan dəymişdir. Ona görə də ona dəymiş ziyanın ödənilməsini tələb edir və qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar: İşdə olan Mingəçevir ŞPŞ-nin 22 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X12 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Natiq oğlu İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin 22 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Natiq oğlu İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin 22 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Natiq oğlu İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin əlamətləri olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş üzrə material Mingəçevir şəhər prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə cinayət məsuliyyətinə səbəb olur. CM-in 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 85, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğu üçün iş üzrə materiallar Mingəçevir Şəhər Prokurorluğuna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar