Məhkəmə qərarları › İş №3(051)-571/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-571/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-571/2022 07.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Vəliyədddin oğlunun Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs oğlunun iştirakı ilə xx.xx.1974-cü il tarixdə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax rayonu, Havarlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və Mingəçevir şəhəri, Şəfa bağ massivi, 6-cı küçədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivi, 6-cı küçədə Zərərçəkmiş şəxs Vəliyədddin oğlunu sillə ilə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü qismən təqsirli bilmədi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə keçmiş həyat yoldaşı və onun qardaşları Əlövsət və Əbülfət onu yaşadığı evdən çıxarmaq üçün Mingəçevir şəhəri, Şəfa bağ massivi, 6-cı küçəsinə gəlmişlər. Bu zaman aralarında mübahisə olmuş, lakin o, heç nə deməmişdir. Bundan sonra yenidən uşağı haqqında bic sözünü deyən zaman o zərərçəkmiş şəxsin üzündən sillə ilə vurmuşdur. Əməlindən peşman deyildir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Vəliyədddin oğlu məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə qardaşı Eldarın keçmiş həyat yoldaş olan Məlahət ilə qarşılaşmışdır. Bu zaman yanında qardaşları Eldar və Əbülfət olmuşdur. Qardaşı Eldar iki ildən artıq müddətdir ki, evindən didərgin düşərək məsciddə, çayxanalarda, parklarda yaşayır. X1 Məlahət ilə olan nikahı aprel ayında pozulmuş və o qardaşını müdafiə etmək məqsədi ilə Məlahətlə qarşılaşmalı olmuşdur. Həyətdə ona sakit tonda məsələnin izahını verməyə çalışmış, Məlahət isə onunla yüksək tonda qışqıra-qışqıra danışmışdır. O, Məlahətə Aytən adlı uşağının qardaşı Eldardan yox Murad adlı şəxsdən olduğunu və buna görə də uşağının bic olduğunu bildirmişdir. Bunu xx.xx.2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsində olan zaman Şəxs özü də etiraf etmişdir. Azərbaycan dilinin izahlı lüğətində bic sözünün mənası nikahdan kənar doğulan uşaq deməkdir. Şəxs bu sözə ilk olaraq məhəl qoymamış, onlar evin eyvanında söhbət edən zaman uşağına bic dediyi üçün onu sillə ilə vuraraq onu döymüşdür. Bundan sonra isə o, 102 xidmətinə zəng etmişdir. Hadisənin video görüntüsü də vardır. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 358 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vəliyədddin oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət – sol gözünün bayır bucağında qançır küt əşyanın təsirindən əmələ gəlmişdir. Yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur. Sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivi, 6-cı küçədə Zərərçəkmiş şəxs Vəliyədddin oğlunu sillə ilə vuraraq ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar