Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-573/2020 06.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və X4 və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx xxxxx 1979-cu ildə Ağdaş rayonun Nemətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə X4 və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs ondan cəmi 1700 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb X1 ödənilməsi barədə Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2-(051)-2215/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə onun 1700 manat məbləğdə borcu yaranmışdır. İş materiallarından göründüyü kimi, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Şəxs cəmi 1700 manat məbləğdə pulun və 30 manat dövlət rüsumunun alınıb X1 ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, X4 və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin borclu Şəxs borcunu lazımınca ödəməmiş, 1700 manat məbləğdə borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 1700 manat məbləğdə pulun və 30 manat dövlət rüsumunun alınıb Əliyeva SəkinəƏliban qızına ödənilməsi qət edilmişdir. Borcunu ödəməkdən yayınmır. Hazırda tələbkara olan borcundan 1200 manatınıödəmişdir. Buna görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X3 izahatında göstərmişdir ki, Şəxs cəmi 1700 manat məbləğdə pulu tələbkar X1 ödəməli olduğu halda borcunu tam ödəməmişdir. Borcun ödənilməsini tələb etmək üçün dəfələrlə Şəxs rəsmi məktub göndərmiş, izahatları alınmış, şifahi qaydada qanunun tələbləri izah olunaraq, borcunu vaxtında və tam ödəmək vəzifəsi xatırlatmışdır. Hazırda Şəxs tələbkara olan borcundan 1200 manatını ödəmişdir. Şəxs və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs barəsində olan işüzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ŞəxsƏliyeva SəkinəƏliban qızına olan borcundan 1200 manatınıödəmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №3(051)-573/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-573/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver