Məhkəmə qərarları › İş №3(051)-573/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-573/2022

08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-573/2022 08.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyənetdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* №li protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində X1 ilə münaqişə edərək bir-birlərinə qarşı ucadan nalayiq söyüşlər söyən zaman nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, polis əməkdaşlarını da nalayiq ifadələrlə təhqir etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində X1 ilə münaqişə etmiş, bir-birlərinə qarşı ucadan nalayiq sözlər işlətmişlər. Bununla bağlı hadisə yerinə polis əməkdaşları gəlmiş, onları nizam-intizama dəvət etmişlər. Onu polis şöbəsinə aparmaq istəyəndə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə getməkdən imtina etmiş, nalayiq ifadələr işlətmişdir. Əməlindən peşimandır. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Nuray, xx.xx.2011-ci il təvəllüdlü Günay adlı azyaşlı uşaqları vardır. İşə əlavə olunmuş 08292 №-li vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranıdır. Şəxs əməlindən peşiman olması, himayəsində azyaşlı uşaqlarının olması, müharibə veteranı olması məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Şəxs məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edirəm ki, onun barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130ci maddələrini rəhbər tutub, Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar