Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-574/2022 09.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokola görə, Yusifov X2 şəhər Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İXM-in 212.1-ci maddəsinə əsasən 30 (otuz) manat, xx.xx.2020-ci il tarixli qərarı ilə İXMin 211-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh vermə haqqında qərarlarını qanunla müəyyən edilmiş müddətdə və əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2018-ci il tarixli qərarlarından məlumatı olmamışdır, bu barədə bildiriş almamışdır. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. Bununla belə işin baxılmasını istisna edən, yəni İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında protokola görə, Mingəçevir Şəhər Polis şöbəsinin MN ******* saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 212.1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanın qarşısında yerləşən çay evində müəyyən olunmamış yerdə tütün məmulatlarından istifadə edərək (siqaret çəkərək) 30 (otuz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında xx.xx.2018-ci il tarixdə icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Mingəçevir Şəhər Polis şöbəsinin MN ******* saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 211-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə icazəsiz Nizami küçəsində hərəkət etməklə karantin rejimi qaydasını pozaraq 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında xx.xx.2021-ci il tarixdə icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Məcburi icraya yönəldilmiş qərarlar 2 ay müddətində icra olunmamasına baxmayaraq, icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol isə xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən uzun müddət keçmişdir. Bu hal isə inzibati xəta törətmiş şəxsin İXM-nin 529.1-ci maddəsində göstərilən inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş müddət keçdikdən sonra tərtib edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-574/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-574/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver