Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-574/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və X1 Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X7 iştirakı ilə, xx.xx.1954-cü ildə Kəlbəcər rayonu Ağyataq kəndində doğulmuş, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri Y.Muradov küçəsində həyat yoldaşı X4 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, o, X4 döyməmişdir. Onun üzərinə şər atır. Onun arvadı X6 evini tərk etmişdir. Onun istəyi isə budur ki, o evə geri qayıtsın. Buna görə aralarında mübahisə yaranmışdır. Lakin o X4 döyməmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onu döymüşdür. Ona qarşı zor tətbiq edir. Oğlu da Rusiyadadır. Onun yanına getmək istəyir. Pasportunu götürmüşdür və qaytarmır. Məhkəmədən Şəxs oğlu barəsində həbs seçilməsini xahiş edir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X8 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri Y.Muradov küçəsində həyat yoldaşı X4 döyərək xəsarət yetirmişdir. Onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyun 2023-cü il tarixdə qərar qəbul edilmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, Təhqiqatçının 13 iyun 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri Y.Muradov küçəsində həyat yoldaşı X4 döyərək xəsarət yetirmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağır yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-574/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-574/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver