Məhkəmə qərarları › İş №3(051)-575/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-575/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-575/2022 09.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə, Şəxs Ağababa oğlu barəsində Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin İcra məmuru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs Ağababa oğlu barəsində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında MN ******* saylı protokola görə, Yusifov X2 Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 50 manat, Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 100 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-in 100.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer göstərilməlidir. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-nin 106.0.3-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi müəyyənləşdirir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda yuxarıda qeyd olunan məlumatlar, yəni inzibati xəta haqqında protokolun tərtib edildiyi tarix natamam qeyd olunmuşdur Belə ki, müvafiq il göstərilmədən tərtib edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, bu halların protokolda göstərilməməsi, həmin protokolun natamamlığına dəlalət edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam tərtib olunduğuna görə onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Ağababa oğlu barəsində Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar