Məhkəmə qərarları › İş №3(051)-575/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-575/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-575/2025 09.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Protokolu tərtib edən şəxs: Mingəçevir SİMDNX-nin 11 saylı Mərkəzi Aran regional bölməsinin nümayəndəsi, baş məsləhətçisi, müfəttişi: X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ictimai iaşə (çimərlik) fəaliyyəti işə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 264.0.3-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 18 avqust 2025-ci il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsi tərəfindən vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsi tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, X7 mühafizə zolağında Su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan ictimai iaşə (çimərlik) fəaliyyəti göstərmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsinin nümayəndəsi, baş məsləhətçi, müfəttiş X6 protokolu müdafiə edərək bildirdi ki, Şəxs razılaşdırılmış layihə sənədləri olmadan, qanunsuz olaraq ictimai iaşə (çimərlik) fəaliyyəti göstərmiş, bununla da Azərbaycan Respublikası İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan əlavə inzibati xəta törətmiş şəxs “Qızıl qum” ailəvi İstirahət Mərkəzində-4-cü buxta ərazisində besetka, sanitar qovşaq, yüngül konstruksiyalardan ibarət tikilisi aşkar edilmişdir, yaxınlaşıb sənəd istədikdə xx.xx.2025-ci il tarixli müqaviləni sənədə daxil etmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü qismən təqsirli bildi və göstərdi ki, o, ictimai iaşə obyetktini icarə müqaviləsi əsasında işlədir. Rəsmi qaydada icazə almasa da, beş illik icarə müqaviləsi imzalamışdır. Yerin sahibinin bununla bağlı icazə aldığı qənaətindədir. Yerin sahibi ona yeri icarəyə vermiş, o da bir sıra təmizlik işləri aparmış, bundan sonra işlətmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdullayev X1 Su Anbarının mühafizə zolağında Su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan ictimai iaşə (çimərlik) fəaliyyəti göstərmişdir. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsi tərəfindən verilmiş 002220 №li, 18 avqust 2025-ci il tarixli aktdan görünür ki, su qanunvericiliyinin tələblərinə riayət olunmaması ilə bağlı tərəflərindən X8 İdarəsinin Mingəçevir və X4 sahə rəisinin iştirakı ilə X7 inzibati ərazisinə monitorinq tədbirləri nəticəsində növbəti baxış keçirilmiş, bu zaman Şəxs su anbarının mühafizə zolağında besetka, sanitar qovşaq və yüngül konstruksiyadan ibarət tikintisinin olması, lazım olduqda X5 su götürüldüyü, mühafizə zolağında şanbo quyusunun olması müəyyən edilmişdir, bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. İşdə olan 19 avqust 2025-ci il tarixli, MN ******* saylı qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşdə olan Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 013/S saylı sərəncamından görünür ki, 11 saylı Mərkəzi Aran regional bölməsinin əməkdaşlarına su qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyəti araşdırılması həvalə olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli “icarə müqaviləsi”ndən görünür ki, Şəxs besetkaları 5 il müddətinə X2 icarəyə götürmüşdür. Beləliklə, protokolu tərtib edən şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, eləcə də iş materialları ilə müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə X7 Mühafizə Zolağında su obyektinin istifadəsi və mühafizəsi ilə bağlı qaydaları pozmuş, heç bir razılaşma olmadan ictimai iaşə (çimərlik) fəaliyyəti göstərmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 264.0.3. su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə “fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.” Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 264.0.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında fiziki şəxsə münasibətdə nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar