Məhkəmə qərarları › İş №3(051)-576/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-576/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-576/2021 30.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Hüseynova Qıztamam Emin qızının iştirakı ilə, Mingəçevir şəhər polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Mingəçevir şəhər polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə tərtib olunmuş MN №1148686 saylı 30.03.2021-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.9-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilir. İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer göstərilməlidir. İnzibati xəta haqqında protokolda Şəxs 24.04.2021-ci ildə saat 13:00 radələrində Hüseynova Qıztamam Emin qızını döyməsi göstərilmişdir. Lakin inzibati xəta haqqında protokolda xətanın törədildiyi yer göstərilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxs döymədiyini bildirdi. İnzibati xəta haqqında protokola əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 227 №li 27.04.2021-ci il tarixli ekspert rəyində Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı, bədənində-alt çənədə qançır aşkar olunduğu qeyd edilsə də rəydə xəsarətin yetirilmə tarixi qaralandığına görə xəsarətin hadisə vaxtı almasını müəyyən etmək, iş üzrə qanuni qərar qəbul etmək mümkün olmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlərin geri qaytarması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol və ona əlavə edilmiş sənədlər Mingəçevir şəhər polis şöbəsinə qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar