Məhkəmə qərarları › İş №3(051)-576/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-576/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-576/2023 14.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim İsmayılovun 09 iyun 2023-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarından şikayətinə baxaraq, Müəyyənetdim: X2 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim İsmayılovun 09 iyun 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim İsmayılovun 09 iyun 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 2010.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə olunmuşdur. Lakin o, həmin qərarla razı deyil. Belə ki, həmin qərarda Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən 13 may 2023-cü il tarixdə Mingəçevir şəhərinin Şəhriyar küçəsində yerləşən qeyri yaşayış sahəsində onun tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyəti ilə (kosmetoloji) məşğul olmağı faktının aşkarlandığı göstərilmişdir. O, bununla qəti razı deyil. Belə ki, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsi ona məxsus deyildir. Həmin qeyri-yaşayış sahəsi bərbərlik üçün nəzərdə tutulmuşdur. Bundan başqa o, kosmetoloji fəaliyyətlə məşğul olmur. 13 may 2023-cü il tarixdə o, qeyd olunan qeyri-yaşayış sahəsində olan zaman bir neçə polis əməkdaşı içəri daxil olaraq şəkil və ya video çəkməyə başladılar. Həmin vaxt qeyri-yaşayış sahəsində ondan başqa heç kim olmamışdır. Bundan bir qədər sonra isə polis əməkdaşları çıxıb getdilər. 25 iyun 2023cü il tarixdə evdə olan zaman poçtalyan ona məktub gətirmişdir. Məktubu açıb oxuduqda ona məlum oldu ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim İsmayılovun 09 iyun 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd olunan qərar tam qanunsuz və əsassızdır. Digər tərəfdən onu da qeyd etmək istəyir ki, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tibb sahəsində pozuntuları aşkara çıxaran orqan deyildir. Qeyd olunan pozuntuları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları aşkara çıxara bilər və bunun əsasında da müvafiq qərar qəbul oluna bilər. Lakin buna baxmayaraq Mingəçevir şəhər Plois şöbəsinin əməkdaşı 06 iyun 2023-cü il tarixdə protokol və ya qərar qəbul etmiş, Səhiyyə Nazirinin müavini Rasim İsmayılov isə 09 iyun 2023-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Odur ki, məhkəmədən onun Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim İsmayılov tərəfindən 2000 manat cərimə olunmağı barədə MN ******* №-li 09 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. 14 avqust 2023-cü il t arixdə keçirilən məhkəmə iclasının vaxtı barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi rəsmi olaraq xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişdir. 02 avqus 2023-cü il tarixdə keçirilən məhkəmə prossesində iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinə inzibati xətalar haqqında iş üzrə icraat materiallarını məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin inzibati xəta haqqında material məhkəməyə təqdim olunmamışdır. İş materialını araşdırıb hesab edirəm ki, şikayət qismən təmin edilməli, qərar ləğv olunmalı, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş 06 iyun 2023-cü il tarixli, MN № 743393 nöməril inzibati xəta haqqıda protokoldan görünür ki, xx.xx.2023-cüil tarixdə polis əməkdaşları tərəfinbdən keçirilmiş yoxlama zamanı X1 lisenziya odladan itbbi fəaliyyət götərilməi aşkar edilmişdir. Şikayətə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN 0327615№-li 09 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 İXM-nin 210.1ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 2000 manat cərimə olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən 13 may 2023-cü il tarixdə Mingəçevir şəhərinin Şəhriyar küçəsində yerləşən qeyri yaşayış sahəsində X2 tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyəti ilə (kosmetoloji) məşğul olmağı faktının aşkar edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyin fakt üzrə 06 iyun 2023-cü il tarixli, MN № 743393 nöməril inzibati xəta haqqıda protokol tərtib edlmiş və həmin protokol əsasında MN 0327615№-li 09 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qərar qəbul edilmiş həmin qərara əsasən X2 2000 manat məbləğində inzibati cərmə olunmuşdur. Məhəkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsi inzibati hadisə haqqında barəsəsində inzibati xətalar haqqında iş üzrə icraat açılmaış şəxsə məlumat verilməmiş, onun faktla bağlı izahatı alınması üçün icraat aparılan yerə çağırılmamış, inzbati xəta törədilən yerə baxış keçirilməmiş, hadisəni yerində müayinə etməmiş, inzibati xətanı törədən şəxsin izahatı alınmamış və X1 iştirakı olmadan barəsində inzbati xəta haqqında 06 iyun 2023-cü il tarixli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsi inzibati xəta haqqında qərar qəbul edərkən də analoji qanun pozuntusuna yol verərək araşdırma aparmadan X1 məlumat olamadan qərar qəbul edrək onu 2000 manat məbləğində cərimə etmişdir. Həmçminin məhkəmədə müəyyən olundu ki, X2 barəsində inzibati protokol tərtib edilməsindən xəbəri olmamışdır. Halbu ki, İnzibati Xətalar Məcəlləsinin tələbinə görə şəxs nədə təqsirləndirildiyi barə məlumat almalı, inzibati icraatda iştirakı təmin edilməli və qanunvericilikl müəyyən edilmiş hüquq və vəzifələrdən istifadə etməsinə şərait yaradılmalıdır. 02 avqus 2023-cü il tarixdə keçirilən məhkəmə prossesində iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinə barəsində inzibati xətalar haqqında iş üzrə icraat açılmış X1 icraat barədə məlumatın verilməsini, protokolun surətinin ona rəsmi qaydada verilməsini təsdiq edən sənədlər (bildirişlər xəbərnamələr və onları təsdiq edən poçt sənədləri) tələb edilsədə nümayəndə bunu təqdim edə bilmədi. Bu da ona əsas verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsi ancaq polis əməkdaşının məlumatı əsasında araşdırma aparmadan, inzibati xəta törətməsində təqsirli bilənən şəxsi araşıdma prosessinə dəvət olunmadan X1 barəsində inzibati protokol tərtib olunmuş və həmin protokol əsasında əsassız inzibati xəta haqqında qərar qəbul etmişdir. Bu da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 İXM-nin 61-ci maddəsi ilə müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.5-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə bu normaların tələbindən çıxış edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin, inzibati xətalar haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə təsbit edilmiş hüquqları pozulmuş və qanunvericliklə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnin qərar qəbul edilmişdir. Odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin MN 0327615№-li, 09 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və İXM-nin tələbləri təmin edilməsi üçün material yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutub Qərara aldım: Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin MN ******* №-li 09 iyun2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və material yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar