Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-576/2025 25.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə tələbkar: X3, İcra sənədi üzrə borclu: Şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-625/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar 22500 manat pul məbləğini ödəməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-625/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə cavabdeh Şəxs Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 saylı evin 9 nömrəli mənzilinə ½ hissə əmlak payının dəyəri olan 22500 manat alınıb iddiaçı X4 verilməsi, X2 miras qalmış 1 dəst qiyməti 1450 manat olan yataq mebeli, 1 ədəd qiyməti 550 manat olan qonaq otağı üçün dolab, 4 ədəd ümumi dəyəri 320 manat olan 3x2 xalça, 1 ədəd qiyməti 440 manat olan 108 ekran LC markalı televizor, 1 ədəd qiyməti 590 manat olan 2 qoltuqlu divan, 1 ədəd qiyməti 800 manat olan künc divan, 1 dəst (6) qiyməti 280 manat olan stol-stul dəsti, 1 ədəd qiyməti 230 manat televizor altından ibarət əmlaklar naturada, həmin əmlaklar olmadıqda dəyəri cavabdeh Şəxs alınıb X4 verilməsi, eyni zamanda ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat dövlət rüsumunun 172,5 manat məbləğində hissəsi, apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 106 manat dövlət rüsumunun 86 manat hissəsi pul cavabdeh Şəxs alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, borclunun mülkiyyətində heç bir əmlakı yoxdur, təxminən 600-700 manat icra sənədi üzrə borcdan tutulub, maaşından isə hər ay 182 manat tutulur. xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılıb. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, əri rəhmətə getmişdir. Ərinin əmlaklarına həbs qoyulduğundan öz adına rəsmiləşdirə bilmir. Borcunun ödənilməsi məqsədilə əmək haqqına yönəlmə olmuşdur və hər ay 182 manat pul tutulur. 115 manat da kredit borcu ödəyir. Kirayə haqqı 250 manatdır. Əlavə ödəniş edə bilmir. Odur ki, deyilənlərə əsasən qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-625/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqi üzrə yaranmış 26432 manat məbləğində pul borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-625/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 saylı evin 9 nömrəli mənzilinə ½ hissə əmlak payının dəyəri olan 22500 manat alınıb iddiaçı X4 verilməsi X2 miras qalmış 1 dəst qiyməti 1450 manat olan yataq mebeli, 1 ədəd qiyməti 550 manat olan qonaq otağı üçün dolab, 4 ədəd ümumi dəyəri 320 manat olan 3x2 xalça, 1 ədəd qiyməti 440 manat olan 108 ekran LC markalı televizor, 1 ədəd qiyməti 590 manat olan 2 qoltuqlu divan, 1 ədəd qiyməti 800 manat olan künc divan, 1 dəst (6) qiyməti 280 manat olan stol-stul dəsti, 1 ədəd qiyməti 230 manat televizor altından ibarət əmlaklar naturada, həmin əmlaklar olmadıqda dəyəri cavabdeh Şəxs alınıb X4 verilməsi, eyni zamanda ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat dövlət rüsumunun 172,5 manat məbləğində hissəsi, apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 106 manat dövlət rüsumunun 86 manat hissəsi pul cavabdeh Şəxs alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası barədə” bildirişdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-625/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs əmək haqqından qalıq 22500 manat məbləğində borcunu hər ay 50% həcmində X4 və əsas borc bitdikdən sonra 1575 manat icra ödənişinin tutularaq Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməsinin təmin edilməsi tələb olunmuşdur. 10 iyun 2025-ci il tarixli, 206 saylı ödəniş tapşırığından görünür ki, 546 manat pul vəsaiti X3 hesabına köçürülmüşdür. 25 avqust 2025-ci il tarixli, 335 saylı ödəniş tapşırığına əsasən 182 manat pul vəsaiti X3 hesabına köçürülmüşdür. Məhkəmə araşdırmasızamanı müəyyən edildi ki, borclu borcunu ödəməkdən yayınmır. Əksinə, bu müddət ərzində borcundan indiyə qədər 728 manat ödəniş etmişdir. Belə ki, Şəxs əmək haqqısından hər ay 182 manat pul tutuluraq tələbkar X3 hesabına köçürülür. Beləliklə, icra məmurunun, borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun, icra məmurunun və tələbkarın izahatları və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, borclu işləyir və əmək haqqısından hər ay müəyyən məbləğ həmin borcun ödənilməsi məqdəsilə tutulur. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75–ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-576/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-576/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver